2 yaşlı Zəhra və nənəsinin yas xərclərini dövlət ödəyəcək
Ötən gün düşmən təxribatı nəticəsində həlak olan Alxanlı kənd sakinləri 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın yas xərclərini Füzuli Rayon İcra Hakimiyyəti öz üzərinə götürüb.
BiG.AZ xəbər verir ki, bunu azvision.az-a Füzulinin icra başçısı Alı Alıyev deyib. O, bildirib ki, mülki əhaliyə atəş açmaq vəhşilikdir.
"Səhərə kimi Alxanlıda olmuşuq. Bu, ermənilərin növbəti təxribatıdır. İki yaşlı qızın qətlə yetirilməsi sadəcə vəhşilikdir. Axı Zəhranın nə günahı var ki?! Bu hadisəni təsadüf kimi qiymətləndirmirəm. Mülki əhaliyə atəş açaq olmaz. Vəhşilik ermənilərin xislətindən irəli gəlir".
İcra başçısı, həmçinin qeyd edib ki, kənddə təhlükəsizlik tədbirləri gücləndirilib: "Kənddə təhlükəsizliklə bağlı çox ciddi adımlar atılıb. Polis postları qurulub".
A.Alıyevın sözlərinə görə, dünyasını dəyişən şəxslərin ailə üzvlərinə maddi yardım ediləcək.











Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir