20 dəqiqəyə xərçəngə tutulma riskini necə azaltmaq olar? - CAVAB

20 dəqiqəyə xərçəngə tutulma riskini necə azaltmaq olar? - CAVABAmerika Xərçəng Cəmiyyətinin alimləri sadə gündəlik vərdişlə xərçəng də daxil olmaqla xəstəlik riskinin azalması arasında əlaqə tapıblar. 
Milli.Az lent.az-a istinadən bildirir ki, Amerika Xərçəng Cəmiyyətinin alimləri və tibb mütəxəssisləri, xəstələrin tibbi qeydlərindən əldə edilən məlumatların geniş miqyaslı araşdırmasında, xərçəngin azalması ilə gündə iyirmi dəqiqə gəzinti arasında korrelyasiya tapıblar.
Mütəxəssislər belə qənaətə gəliblər ki, belə sadə vərdiş təhlükəli xəstəliklərin, o cümlədən xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Alimlərin araşdırmasına on il ərzində izlənilən 755 549 nəfərin məlumatları daxil edilib. Məlum olub ki, gündəlik gəzinti hər iki cins üçün qaraciyər xərçəngi riskini 18 faiz azalda bilər. Qadınlarda həftədə 2,5 saat orta fiziki fəaliyyətlə döş xərçəngi riski 6 faiz, 5 saat ərzində isə 10 faiz azalır.
Böyrək xərçəngi ehtimalı gündəlik gəzinti ilə 11, beş saatlıq fəaliyyətlə isə 18 faizdən çox azalır.
Həmçinin, orta fiziki fəaliyyət kişilərdə bağırsaq xərçəngi riskini 14, qadınlarda isə uşaqlıq yolu xərçəngi riskini 18 faiz azaldır.
Xərçəng riskini daha da azaltmaq üçün mütəxəssislər sağlam həyat tərzi keçirməyi və pis vərdişlərdən imtina etməyi tövsiyə edirlər. Çoxlu meyvə, tərəvəz və qaba lifli qidalar yemək, şirniyyat və pastaların, həmçinin yağlı və işlənmiş qidaların istehlakını azaltmaq tövsiyə olunur. Çəkinizi izləmək və təzyiqə nəzarət etmək, stress səviyyələrini azaltmaq və tam istirahət etmək vacibdir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1058   Tarix: 17 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

turlar.az

makiyaj etmek qaydalari geyim şəkilləri həkim məsləhəti aksesuar tutmalar 2026 yaz kolleksiyasi hipertoniya xəstəliyi kosmetika qurd ve quzu masturbasiya baldiz janrlar novruza aid hakışta