2019-cu ildə Azərbaycan manatının taleyi necə olacaq?

2019-cu ildə Azərbaycan manatının taleyi necə olacaq?Dünya iqtisadiyyatında baş verən dəyişikliklər beynəlxalq valyuta bazarına təsir göstərir. Ötən ilin son aylarından başlayaraq, ABŞ dolları dünya ölkələrinin valyutalarına nisbətən bahalaşmaqda davam edir.

Bu bahalaşma Azərbaycan manatına da təsir göstərəcəkmi?

Suala cavab tapmaq üçün iqtisadçı ekspert Vüqar Bayramovla əlaqə saxladıq. Ekspert bakuws-ə açıqlamasında bildirdi ki, manatın məzənnəsi həmişə olduğu kimi Mərkəzi Bankın yürütdüyü siyasətlə müəyyənləşir.

"2019-cu ildə manatın məzənnəsinə iki faktor xüsusi təsir göstərəcək. Birinci növbədə, neftin qiyməti Mərkəzi Bankı qəbul edəcəyi qərara birbaşa təsir edəcək. Xüsusilə neftin qiymətinin 45 dollardan aşağı düşməsi Mərkəzi Bankın manevr imkanlarını məhdudlaşdıracaq.

Bundan başqa, Azərbaycanın qeyri-neft ixracatı sahəsində tərəfdaş ölkələrinin milli valyutasındakı məzənnə manatın gələcək taleyinə təsir göstərəcək. Xüsusən də, Rusiya rublun məzənnəsi bizim üçün xüsusi önəm daşıyır.

Dolların dəyərinin yüksəlməsi də eyni zamanda manatı risk altında qoyur.

Bundan başqa, dollara olan təlabatın artması manatın məzənnəsinə təsir göstərir. Xüsusən də, mart, aprel, may, avqust və dekabr aylarında dollara olan təlab artır. Oxşar tələb artımları 2019-cu ildə də müşahidə ediləcək. Lakin yenə də əsas qərar Mərkəzi Bank tərəfindən veriləcək", - deyə Vüqar Bayramov bildirib.

Xəbərlər     Baxılıb: 2259   Tarix: 08 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

gozel gorunmek maskalar aksessuarlar kicik biznes qurmagin yollari masaj edirem ideal toy ayaq sismesi kosmetika kondom vətən haqqında atalar sözləri aslan novruz haqistalari xərçəng bürcü