40 yaşdan sonra hamıya lazım olan İÇKİ
Dietoloqlar gündəlik rasiona daxili orqanların işini yaxşılaşdıra bilən çox faydalı süd məhsulunu əlavə etməyi tövsiyə edirlər.
Yetkin yaşda iştahanın və kalori ehtiyacının azalması, həmçinin qidanın dadında dəyişikliklər tez-tez müşahidə olunur. Amma immuniteti dəstəkləmək və gəncliyi uzatmaq üçün hər gün içilməsi tövsiyə olunan bir içki var.
Milli.Az bu içkini təqdim edir:
Yaşlı insanların qidalanması ilə bağlı araşdırmalar göstərir ki, onların rasionunda ümumi sağlamlıq üçün vacib olan bəzi komponentlər çatışmır. Bunlara kalsium, maqnezium, zülallar, B qrupu vitaminləri (xüsusilə B2, B5 və B12), eləcə də D vitamini daxildir. Bu qida maddələri süd və süd məhsullarında mövcuddur. Buna görə də 40 yaşdan yuxarı hər kəsə, xüsusilə də 60+ yaşda olanlara süd məhsullarından istifadə tövsiyə edilir. Turş süd orqanizm üçün lazım olan maqnezium, kalsium, kalium, həmçinin A vitamini, B qrupu vitaminləri, D və K vitaminləri ilə zəngindir. Buna görə də bu içkidən hər gün bir stəkan içmək axşam yeməyinə faydalı əlavə ola bilər.
Bundan əlavə, turş süd laktoza dözümsüzlüyü olan insanlar üçün də uyğundur və aşağı qlisemik indeksə malik olduğu üçün qan şəkərinin səviyyəsinə nəzarət edən şəxslər üçün də qəbul edilə biləndir.
Yüksək kalsium tərkibi sayəsində turş süd oynaqların və sümüklərin möhkəmlənməsinə kömək edir. Bu səbəbdən o, yalnız yaşlı insanlar üçün deyil, həm də dölün sümük sağlamlığını dəstəkləmək məqsədilə hamilə qadınlar üçün tövsiyə olunur. Bu içki həzmə də müsbət təsir göstərir, qəbizlik və köpün qarşısını alır, buna görə də paxlalı bitkilərlə birlikdə əla əlavə hesab olunur.
Bundan başqa, turş süd "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edir, ürək-damar xəstəliklərinin və xoranın inkişafının qarşısını alır, hormonal tarazlığı qoruyur və stresi azaldır ki, bu da yaşlı insanlar üçün xüsusilə vacibdir. Fermentləşdirilmiş süd həmçinin bağırsaqda və dəridə iltihabı azaltmağa kömək edir, eləcə də saçları və dırnaqları möhkəmləndirir. /Lent.az
Milli.Az









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri