40 yaşlı subay aparıcı: "O qırmızı donlu qızı axtarıram"

40 yaşlı subay aparıcı: "O qırmızı donlu qızı axtarıram"Tanınmış aparıcı Şəhriyar Əbilovun Yenicag.az-a müsahibəsini təqdim edirik.

– İmicinizi tez-tez dəyişirsiz…

– Əslində, bu stili sevmirəm, sadəcə olaraq, "Lal yuxu" serialında oynadığım obraza görə dəyişmişəm.

– Bir dəfə müsahibənizdə sevgilisini öldürən qatil rolunda oynamaq istədiyinizi demişdiniz. Arzunuza çatdınız?

– Hələ yox. Əslində, mən görünüş olaraq qatilə bənzəmirəm. Bizdə çox vaxt qatil roluna qəddar simalı, kobud görünüşlü aktyorları seçirlər. Amma Hollivud filmlərində qatili nurani simalı insanlar oynayır. Adama təəccüblü gəlir ki, bu, necə gözəl insandır, ona ürəyini verə bilərsən. Əslində isə hadisələrin gedişində görünür ki, həmin adam manyakdır. Bu obrazlar insanlara daha maraqlı gəlir.

– Yəni deyirsiniz ki, bu mələk simanızın arxasında bir qəddar manyakın obrazını üzə çıxartmaq olar?

– Olar. Bu da ssenari və peşəkar rejissordan asılıdır.

– Xasiyyətcə qəddarsınız?

– Yox, mən qarışqanı belə tapdalamıram.

– İnsan təbii ki, ona olunan pisliklərdən də sığortalanmayıb. Sizə olan pisliklərə münasibətiniz necə olur?

– Təbiət etibarı ilə güclü insanam. Amma həssaslığım da var. Əvvəllər həssaslığımı nümayiş etdirirdimsə, indi bunu büruzə vermirəm. Əgər haqsızlıqlar olmasa, biz yaxşının qədrini bilmərik.

– Kin saxlayırsınız?

– Yox. Kinli deyiləm, heç vaxt kimisə cəzalandırmıram. Kinli insanlar qisas alır. Mən bağışlayıram, amma yadımda da saxlayıram ki, bu insan haçansa mənə pislik edib.

– Subay, xarizmatik kişi…Yəqin xanım heyranların sayı-hesabı yoxdur?

– Yalan deməyəcəm, qadınlardan diqqət hiss edirəm, amma danışmağa qorxuram; bilirəm ki, başlığa elə cümlə çıxaracaqsınız ki… Sizi qınamıram, yazını oxutmaq istəyirsiniz, amma savadsız kütlə elə başlığa baxıb, qərarını verir.

– Siz savadlı kütləni nəzərə alın…

– Əslində, mən həmin kütlə üçün danışıram. Hamıya ürəyimi açan kişilərdən deyiləm. Seçiciyəm. Seçici olmasaydım çoxdan evlənmişdim.

– Sizinlə evlənmək üçün hansı xanımların şansı böyükdür?

– Özünə hörmət edən xanımların.

– Bəs gözəllik?

– İnsan gözü ilə baxır, şüuru ilə qəbul edir və ürəyi ilə sevir.

– Qadın tərəfindən aldadılmısız?

– Yüngülvari olub.

– Heyif çıxmısız?

– Heç vaxt. Mən onları uğurlarımla yandırıb tökürəm.

– Ananızın gəlinini necə təsəvvür edirsiz?

– Əxlaqı gözəl, keçmişi təmiz, özünəhörmət edən xanım…

– Birdən ürəyiniz sözünüzə baxmasa, onda necə?

– Heç vaxt "heç vaxt mən bunu etmərəm" demə. Ağıllı-ağıllı danışmaq lazım deyil. Demirəm ki, filankəsi almaram. Sevgi sərhəd tanımır. Biz İsa peyğəmbərdən müqəddəs deyilik. Gözünün qabağında Mariyanı daşlayanlara deyir ki, kimin günahı yoxdursa, birinci daşı o atsın. Hamımızın günahı var, əsas odur ki, insanı bataqlıqdan çıxara bilək.

– Bəs cəmiyyətin qınağı?

– Heç kimdən qorxmuram… Allahdan başqa. Amma dualarımda da demişəm ki, Allah məni dəli və alınmayan sevgidən qorusun, bu sevginin faydası yoxdursa, onu məndən uzaq etsin.

– Qızlar ağ atlı oğlan gözləyir, bəs oğlanlar?

– Mən də o qırmızı donlu qızı axtarıram.

Xəbərlər     Baxılıb: 2036   Tarix: 19 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

yaz geyimleri 2026 makiyaj instagram sac duzumleri sağlam qida zirincin faydaları kelem tutmasinin hazirlanmasi masaj edirem kosmetika yemek reseptleri xlor lekesi bayati xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır orqazm