41 ilə sığan sevinc və kədərin hekayəsi

41 ilə sığan sevinc və kədərin hekayəsi41 ilə sığan sevinc və kədərin hekayəsi
Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur meyxana ustadı Aydın Xırdalanlı 41 yaşında ağır sürən qaraciyər serrozundan dünyasını dəyişib. 
Onun həyat və yaradıcılıq yolu barədə danışmaq istəyirik.
Aydın Quliyev 1977-ci ildə Abşeronun Xırdalan şəhərində dünyaya gəlib. Doğulduğu Xırdalan şəhərinin adını təxəllüs seçərək, meyxana sənətində bu soyadla məşhurlaşıb.
Onun sənət yolu 1995-ci ildən başlayır. Aydın 2001-ci ildə ANS telekanalında reytinqləri alt-üst edən "De, gəlsin" yarışmasının qalibi olub.
Aydın Xırdalanlının bu müsabiqədə iştirakı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Aydının sözügedən müsabiqədə səsləndirdiyi "Vətən işğalı", el arasında "Qarabağ" kimi tanınan meyxanası  dillər əzbərinə çevrilib.
Bu yarışma Aydın Xırdalanlının karyerasında böyük tramplin rolunu oynayıb. 
Alkoqol və narkotikdən asılı vəziyyətə düşən Aydın sağlamlığı ilə bağlı ciddı problemlərlə üzləşib. 
2012-ci ilin mart ayında meyxanaçı sərxoş halda idarə etdiyi "Nissan-Murano" markalı avtomobillə Xətai rayonu ərazisində, AMAY Ticarət Mərkəzinin qarşısında qəza törətmişdi. 
Meyxanaçı hadisə yerində olan vətəndaşların köməyi ilə avtomobildən çıxarılaraq, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə aparılmışdı. 
2017-ci ildə meyxanaçının sosial şəbəkədə yayılan  şok fotosu isə izləyiciləri kədərə boğub. Köhnə Aydından əsər-əlamət belə qalmamışdı. Həddən artıq arıqlamış və dişləri tökülmüşdü.
41 ilə sığan sevinc və kədərin hekayəsiAydın Xırdalanlı yayılmış fotosuna belə bir aydınlıq gətirmişdi.
"İnsanların gözü məni kök görməyə öyrəşib. Həmişə kök görüblər məni, indi bir az arıqlamışam. Kök olanda ürəyim sıxılırdı. Əslində heç köklük də deyildi. Pivə içirdim, şişirdirdi məni. İndi pivə içmirəm, normal vəziyyətə düşürəm.
Dişlərimi düzəltdirirəm. İştaham da yoxdur. Yaxşı yemək yeyə bilmirəm. Əslində o qədər də arıq deyiləm. Qarnım da var. Şükürlər olsun ki, heç bir xəstəliyim də yoxdur. Hər şey qaydasındadır".
2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər serrozu aşkarlanıb.
Aydın müsahibələrinim birində bunları vurğulayıb.
"Gənclərə bir tövsiyəm var ki, nəinki narkotik, hətta spirtli içkidən, siqaretdən də uzaq olsunlar".
Meyxana ustası Aydın Xırdalanlının yazıb ərsəyə gətirdiyi "Sonra gələrsən yanıma", "Sən məni hər cürə aldatdın", "Əvvəl ki kimi", "Məhəbbətini canımda gizlətmişəm", "Bəndəliyin şərti itaətdir" kimi məşhur meyxanalar onu hər zaman sevənlərinin qəlbində yaşadacaq.
Allah Rəhmət eləsin ! 

Rəşad Əliyev

Şou Biznes     Baxılıb: 2803   Tarix: 26 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

turlar.az

həkim məsləhəti gelinlikler toy gecesi kakos yaginin saca faydalari sızanaqlara qarşı maskalar daginiq skleroz mualicesi qadin tumani kosmetika vətən həsrəti qadin.az novruza aid hakışda xanim.az gunay