46 qızı zorladığı iddia olunan "falçı Mirseymur" danışdı: "Mənə 1 sutka vermişdilər"

46 qızı zorladığı iddia olunan "falçı Mirseymur" danışdı: "Mənə 1 sutka vermişdilər"Falçılıqla məşğul olub, 46 qızı zorladığı iddia olunan və özünü Mirseymur kimi tanıdan Ramil Talıbov ötən axşam sərbəst buraxılıb.
Xanim.az xəbər verir ki, bu barədə R.Talıbovun özü musavat.com-a açıqlamasında bildirib:"Mən "içəridən" dünən saat 9-da çıxmışam. O qızlara görə mənə 1 sutka vermişdilər. Hazırda nəzarət altındayam. El gözü tərəzidir, gördülər ki, günahım yoxdur. Qanun-qayda var, biz kimik ki? Mən sadəcə fəhlə insanam".

Ramil Talıbov zorlanma qalmaqalı ilə bağlı intihar etmək istədiyini də deyib: "Özümü asıb öldürmək istəyirdim. Nə olsun ki, kişiyəm. Məgər kişiyə xələl gəlmir? Qızlardan biri Ə.A-nın rəfiqəsidir. Onu heç tanımıram. Artıq onlar barəsində hüquq-mühafizə orqanlarına şikayətlə müraciət etmişəm".

Ramil Talıbov haqqında səslənən digər ittihamlara da cavab verib:"Mən əsla falçılıqla məşğul olmamışam, bu haqda heç bir bilgim yoxdur".

Xatırladaq ki, aprelin 19-da iki tələbə qız redaksiyamıza müraciət edərək bildirmişdilər ki, özünü Seyid Mirseymur kimi təqdim edən şəxs "İnstagram" vasitəsi ilə tanış olduğu qızları fala baxmaq adı ilə aldadaraq, onlarla intim əlaqədə olub.

Adlarını açıqlamadığımız gənc qızların iddialarında o da yer alır ki, "falçı Mirseymur"un əməllərinin qurbanı olan gənc qızların sayı 40-dan çoxdur. Bu mövzu ictimailəşdirildikdən sonra hüquq-mühafizə orqanları operativ araşdırmaya başlayıb. Ramil Talıbov məsələ ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Bölməsi tərəfindən saxlanılmışdı.

Xəbərlər     Baxılıb: 2553   Tarix: 23 aprel 2018
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamilelikde qidalanma kosmetika mehsullari qadın geyimi kişi sonsuzluğu piodermiya nedir ana və uşaq razyana çayı kosmetika bayatı novruz bayramina aid hakista əfsanələr penis uşaq şeirləri