5 aylıq uşağın şəkli dəhşətli xəstəliyi üzə çıxardı - Ananın diqqəti onu xilas etdi
5 yaşlı övladının şəklində bir qəribə detala diqqət edən ana özü də bilmədən övladını ölümdən xilas etdi.
Milli.Az medicina.az-a istinadən bildirir ki, hadisə İngiltərədə baş verib.
26 yaşlı Şelbi Simkins körpə qızının şəklini çəkməkdən doymurdu.
5 ayı olanda növbəti dəfə onun şəklini çəkən ana şəkildə qızının gözlərinə baxanda fotoaparın işıq təsirindən qırmızı yox, ağ işıq ləkəsi gördü.
Uşaq həm də anadangəlmə çəp idi.
Uşağı pediatra götürəndə ana bu barədə həkimə deyir. Və körpə oftalmoloqun müayinəsinə göndərilir.
Nəticədə körpədə retinoblastoma - torlu qişanın şişi aşkarlanır. Bu göz xərçəngidir.
Şiş çox böyük olduğundan yeganə yol sol gözün tamamilə çıxarılması idi.
Valideynlər böyük çətinliklə buna razı olur. Uşağı əməliyyat edib, süni göz alması qoyurlar. Xərçəng digər gözə yayılmamışdı. Əgər ana vaxtında şəkilə diqqət yetirməsəydi şiş digər gözə və bütün başa yayıla bilərdi.
Milli.Az /news.milli.az









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun