5 tələbənin faciəvi şəkildə ölümünə səbəb olan qəza belə baş verdi – Anbaan – VİDEO

5 tələbənin faciəvi şəkildə ölümünə səbəb olan qəza belə baş verdi – Anbaan – VİDEOBakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı iki nəfər saxlanılıb. Avtosfer.az xəbər verir ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.
"ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.
Bu arada Avtosfer.az qəzanın başvermə anının və səbəbini açıq-aşkar əks etdirən görüntüləri əldə edib. Görüntülərdən məlum olur ki, qəzaya düşən qırmızı rəngli "Ford"ün sürücüsü körpünün üzərində ötmə əməliyyatı aparır. Göründüyü kimi, o, digər "Ford"u ötməyə çalışır. Özü də sağdan. Hansı ki, sağdan ötmə qadağandır. Lakin Namiq Hüseynov bu cür kobud qayda pozuntusuna yol verərək qəza törədir. Hadisədən əvvəl "ZİL" markalı yük maşını körpünün üzərində xarab olaraq dayanıb. Mişar daşı daşıyan yük maşınının təkəri partlayıb. "ZİL"in sürücüsü maşını körpüdə saxlayaraq guya təhlükəsizlik tədbiri görürmüş kimi, bir neçə mişar daşını yola düzüb. Videodan da göründüyü kimi, "Ford" ötmə əməliyyatı edəndən sonar sol zolağa qayıtmağa çalışır. Lakin sürət yüksək olduğu üçün bunu edə bilmir. Əvvəl yoldaki mişar daşlarına dəyən "Ford" daha sonra sol tətəfdən "ZİL"ə çırpılıb.
Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Namiq Hüseynov uzun illərdir "Ford" sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən ilə 24 dəfə cərimələnib. Bu dəfə isə sözsüz ki, onun cəriməsi daha ağır olacaq – həbsxana…

Xəbərlər     Baxılıb: 3972   Tarix: 09 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB

Hər il gənclərin xəstəliklərə yoluxma sayı daha da artır. . 14-29 yaşlı gənclər arasında yayılan xəstəliklərə nəzər saldıqda, onların ən çox tənəffüs orqanları ilə bağlı xəstəliklərdən əziyyət çəkdikləri ortaya çıxır. -ı

.

Hər səhər bu üç qidadan yesəniz heç vaxt xərçəng olmayacaqsınız - Məşhur onkoloq açıqladı

"Bu 3 qidanı yeyənlərdə bədxassəlişiş yaranmır". xəbər verir ki, bunu Kaliforniyadakı City of Hope xəstəxanasının onkoloqu Dr. Tingting Tan bildirib. Həkimin dediyinə görə özü hər gün səhər eyni şeyi yeyir və bunu

.

Bədən yaxşı görünsün deyə içirik, ancaq öldürə bilər - Həkim açıqladı

Son illərdə gənclər arasında protein tozu istifadəsi sürətlə artıb. Bədən quruluşunu inkişaf etdirmək və əzələ kütləsini artırmaq məqsədilə istifadə edilən protein tozları əslində yanlış istifadə hallarında ciddi sağlamlı

.

25-44 yaş aralığında olanlar üçün təhlükə : Gecə yatarkən

25-44 yaş arasında infarkt nisbəti koronavirusla birlikdə 30 faiz artıb. xəbər verir ki, bu barədə Prof.Dr.Mustafa Bilge Ərdoğan deyib. O, xəstələrin böyük əksəriyyətinin infarkt başlamazdan əvvəl kritik siqnallar aldığın

.

Yatmazdan əvvəl ayaqlarınıza bunu vurun - Uşaq kimi yuxuya gedəcəksiniz

Stres, iş təzyiqi və günümüzün sürətli ritmi bir çox insanda yuxu problemlərinə səbəb olur. Mütəxəssislər isə bildirirlər ki, keyfiyyətli və kəsintisiz yuxu yalnız zehni deyil, fiziki sağlamlıq üçün də vacibdir. İndi is

.

Alça kimlərə olmaz?

Yazın gəlişi ilə təbiət canlanır, ağaclar bar verir, piştaxtalar isə rəngarəng meyvələrlə dolur. Hər fəsilin öz neməti olsa da, yaz aylarında çoxlarının səbirsizliklə gözlədiyi meyvələrdən biri alçadır. May ayı başlayar-başlama

.

Makaron illərdir yanlış bişirilirmiş - ən sağlam və dadlı üsul

Makaron illərdir səhv üsulla bişirilir. bildirir ki, makaronun ən doğru bişirmə üsulu onu birbaşa sobada hazırlamaqdır. Mütəxəssislər bildiriblər ki, makaronu əvvəlcədən yarı bişirib sonra sobaya qoymaq əksinə, dadını azaldı

.

Ürək və mədənin bədənin əks tərəfində olmasının SƏBƏBLƏRİ NƏDİR?

İnsan bədəni təbiətin mürəkkəb və bənzərsiz strukturlarından biridir. Bəzən orqanların yerləri ilə bağlı təbii bir fərqlilik meydana gələ bilər ki, buna tibbdə "situs inversus" adı verilir. Bu nadir hal, bədəni

.

Xırıltı, öskürək, nəfəs darlığı: Bu simptomlara diqqət

Yaz aylarında polen səviyyəsinin artması astma xəstələri üçün ciddi çətinliklər yaradır. Nəfəs darlığı, xırıltı, döş qəfəsində sıxılma və öskürək astmanın əsas simptomları arasında yer alır. . xəbər verir ki, Dünya Astm

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az toy makiyajlari geyim dəbləri adlarin menasi tutun xeyri xərçəng bürcü xiyar tursusunun hazirlanmasi qaydasi xina haqqinda melumat novruz hakistasi atalar sozu oxatan novruz zəhmət