5 yaşında ana olmuş qadın vəfat etdi - VİDEO
Peruda dünyanın ən gənc yaşında ana olmuş qadını Lina Mədinə vəfat edib. O, 83 yaşında həyatını itirib.
1939-cu ildə bütün dünya Mədinədən danışırdı. Çünki o, 5 yaşında hamilə qalmışdı. Bu hadisə bütün həkimləri şoka salmışdı. Doğulan uşaq tamamilə sağlam idi və digərlərindən heç nə ilə fərqlənmirdi.
Məlum olub ki, qızın ilk menstruasiyası o, hələ 8 aylıq olanda baş verib və artıq 5 yaşında onda süd vəziləri inkişaf etməyə başlayıb.
Valideynləri Linanı süd vəzilərinin 5 yaşında böyüməsi diaqnozu ilə xəstəxanaya aparıblar. Qızcığaza əvvəl şiş diaqnozu qoyulsa da sonradan məlum olub ki, o, 7 aylıq hamilədir. Yarım ay sonra 1930-cu il mayın 14-də Lina qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirir.
Linanın oğlu 2,7 kiloqram çəkisində olub və o, həkimin adı ilə Xerardo adlandırılıb. Uşaq 10 yaşına kimi Linanı öz bacısı kimi tanıyıb. O 1979-cu ildə sümük iliyi xəstəliyindən vəfat edib.
Lina Mədinənin necə və kimdən hamilə qaldığı hələ də məlum deyil. O, bu haqda ölənə qədər heç bir söz deməyib, heç vaxt bu haqda danışmayıb. Onun atası zorlama şübhəsi ilə həbs edilsə də dəlil yetərsizliyindən azad buraxılıb.
Lina 1972-ci ildə Raul Xurado ilə ailə həyatı qurub və bu evliliyindən ikinci oğlu dünyaya gəlib.
Bu günə kimi 2 şəkil əldə olunub. Bir şəkil olduqca pis keyfiyyətli idi və 1939-cu ilin aprelində çəkilib. Bu şəkil çəkilən zaman Mədinə 7,5 aylıq hamilə olub. İkinci şəkil isə oğlu Xerardonun 11 aylıq olduğu zaman çəkilib.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
20 yaş cavanlaşmağın qiyməti bilindi - Ebru sərvət ödədi
Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar