"5 yaşında nəvəm var" - Roza Zərgərli ailəsi haqqında ilk dəfə danışdı
"Uşaqlarım barədə açıqlama alanda demişəm ki, çoxunun bioloji anası mən deyiləm. Bunu insanlar başqa cürə yozdular. Elə yozdular ki, mənim, ailə qurduğum insanın övladlarıdır. Əsla bu belə deyil".
Xanim.az-ın məlumatına görə, bu sözləri müğənni Roza Zərgərli ARB TV-nin "Günə davam" proqramında deyib.
Övladlarından danışan sənətçi bildirib ki, dörd övladı var:
"Əslində mənim 4 övladım var. 3 övladım uşaq evindən götürülüb, kiçik oğlum hələ də uşaq evindədir. Bir müddət sonra bizimlə bərabər olacaq. Çünki bu çox çətin prosesdir. Sənədləşdirmə işləri edilməlidir. Böyük qızımın 25 yaşı var. 5 yaşında övladı var. Adı Natavandır. Nəvəm də var".
Aparıcının "3 uşaq götürməyi necə qərara aldın" sualına müğənni belə cavab verib:
"Çox adam indi deyəcək ki, piardı, reklamdı, əsla bu belə deyil. Piar etsəydim elə bunları körpəlikdən götürəndə, o gündən piar edərdim. Bənövşənin 3 yaşı olanda böyük qızımı götürdüm. Doğma övladım Bənövşədir. O zaman böyük qızımı götürəndə onun 12 yaşı var idi.
Mən övladlığa uşaq götürəndə Ancelina Coli hələ övladlığa uşaq götürmürdü. Mənim əkiz övladım olub. Bənövşə və 1 oğlan. Oğlan rəhmətə gedib. Mən böyük oğlumu setdə görmüşəm. Çox istedadlı 1 gəncdir. Onu görəndə mən ilk andan düşündüm ki, bu mənim oğlumdur. Çünki mənim oğlum sağ olsaydı, belə olardı. Kim də bunu qeyri-səmimi qəbul edərsə, bu onun qəlbinin qeyri-səmimiliydir".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin