52 yaşlı kişi 12 yaşlı uşaqla qeyri-təbii yolla əlaqəyə girdi, sonra... - İsmayıllıda biabırçılıq

52 yaşlı kişi 12 yaşlı uşaqla qeyri-təbii yolla əlaqəyə girdi, sonra... - İsmayıllıda biabırçılıqİsmayıllı rayonunda 12 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən 3 uşaq atası olan 1966-cı il təvəllüdlü Mehman Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xanim.az publika.az-a istinadən xəbər verir ki, Mehman Hüseynov 13 avqust 2016-cı il tarixdə, saat 16 radələrində İsmayıllı-Şəki magistral yolunun kənarında meyvə-tərəvəz satdığı yerin qarşısında əvvəldən tanıdığı 2005-ci il təvəllüdlü Mahir Məmmədovu (ad və soyad şərti verilib – red.) görüb.

Çayda çimməyə getmək təklifi

Bu zaman o, Mahir Məmmədova qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəlib. O, Mahirə havanın isti olduğunu, yaxınlıqdakı Cülyan çayına birlikdə gedərək çimib sərinləməyi təklif edib. Mahir Məmmədov da onun təklifi ilə razılaşıb.

Bundan sonra onlar birlikdə həmin çaya gediblər. Çayda çimərkən Mehman Hüseynov azyaşlı və fiziki cəhətdən zəif olan Mahir Məmmədova qarşı seksual xarakterli hərəkətlər etmək niyətini həyata keçirmək istəyib.

Çayda seksual hərəkət

Mehman Hüseynov suyun içində azyaşlının köməksiz vəziyyətindən istifadə edib, onun dodaqlarından və yanaqlarından öpməklə alt paltarını aşağı salıb. Həmin vaxt Mehman azyaşlının müqavimət göstərməməsi üçün əlləri ilə qarın nahiyyəsini arxadan qucaqlayıb və qollarını tutaraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Mahir Məmmədov oradan birbaşa evlərinə gəlib və baş verən hadisəni anasına danışıb. Azyaşlının anasının şikayəti əsasında Mehman Hüseynov həbs edilib.

13 il 6 ay cəza

Mehman Hüseynova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan Mehman Hüseynov apelyasiya şikayəti verib.

Mehman Hüseynov qeyd edib ki, azyaşlıya qarşı heç vaxt əxlaqsız hərəkətlər etməyib. Bununla bağlı işdə sübut olmadığını qeyd edən təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Mehman Hüseynovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Mirbahəddin Hüseynovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Cəzadan 1 il 6 ay çıxıldı

Hakim kollegiyasının qərarı ilə Mehman Hüseynovun cəzası 11 ilə endirilib. Bu qərardan da narazı qalan məhkum kasasiya protesti verib.

Prokurorluqda Şəki Apelyasiya Məhkəməsinin qərarından narazı qalıb. Prokuror kasasiya protesti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Tərəflərin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada qərar elan edilib. Qərara görə, həm prokurorluğun protesti, həm də məhkumun şikayəti təmin olunmayıb.

Xəbərlər     Baxılıb: 1463   Tarix: 10 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

yemek reseptleri geyim necə seçməli geyim şəkilləri maraqli sekiller quru yeməklər silikon dodaq xercengden qoruyan qidalar kosmetika babasil novruz bayramina aid hakistalar novruz bayramına aid hakıştalar toy gecesı hakista