57 yaşlı əməkdar artistimizə elçi gəldilər: Özü də görün kim - VİDEO-FOTO

57 yaşlı əməkdar artistimizə elçi gəldilər: Özü də görün kim - VİDEO-FOTOOnlar daim efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışırlar. Bunun üçün min yola əl atmaqları da öz yerində. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Tədbirdən, efirdən başı ayılıb idmana da vaxt ayıranlardan.

Xanim.az xəbər verir ki, Lent.az-ın "Ulduzların idman saatı" layihəsində sizi onlarla idman zallarında görüşdürəcəyik.

Bu dəfəki "idmançımız" əməkdar artist Nahidə Orucova oldu:
"Xeyli vaxt idi ki, idmana getmək istəyirdim. Amma alınmırdı. Qismət bu günə imiş. Bu gün ilk məşqimə çıxdım. Bildiyiniz kimi, mən əməliyyat etdirib mədəmi çıxartdırmışam. Elə ona görə də 25 kilo çəki atmışam. Xeyli arıqlayandan sonra bədənimdə, xüsusi ilə qollarımda dəri sallanmaları yarandı. Məcbur olub məşqçi Taleh Qəhrəmanova müraciət elədim, məşqə gəldim".
İdmana sevgisindən söhbət açan əməkdar artist bildirib ki, illər öncə həndbolla məşğul olub: "Mən aktrisa olmazdan öncə həndbolla məşğul olmuşam. Qapıçı idim. Elə idmandakı bu çevikliyim mənə səhnədə çox kömək olub".
Aktrisa bildirdi ki, çoxları onun plastik əməliyyatla piylərdən azad olduğunu yazsa da, bu, həqiqəti əks etdirmir: "Bəzi saytlar yazmışdılar ki, mən əməliyyatla piylərimi götüzdürmüşəm. Amma bu yalandı".

N.Orucova bildirdi ki, mədəsini çıxartdırandan sonra çox acmır: "Əvvəllər daha çox acırdım. İştaham çox güclü idi. İndi əksinə olub. Bir balaca tikə yeyən kimi doyuram. Mədəm olmadığına görə acmağımı yalnız qarnım quruldayanda bilirəm. (gülür) Yəni qurultu səsini eşidən kimi nəsə yeyirəm".
Daha sonra şəxsi həyatından da danışan əməkdar artist qeyd etdi ki, bir neçə gün öncə ona elçi gəlib: "Bu günə qədər sevdiyim bir şəxs olmayıb. Həyatımda yalnız qızımı sevirəm. Qadın kimi sevdiyim bir bəy olmayıb. 25-26 ildir ki, subayam. Bu illər ərzində xeyli namizədlərim olub. Heç birinə razı olmamışam. Sonuncu dəfə dünən mənə xarici bir vətəndaş elçi gəldi. Evlilik təklifi etdi, amma mən razı olmadım. Çünki o xaricdə, mənim işim isə burda. Ona görə də bu evliliyə "yox" dedim".
N.Orucova sonda onu da əlavə etdi ki, heç vaxt yaşı ilə bağlı kompleks yaşamayıb: "Yaşımı heç bir zaman gizlətməmişəm. 57 yaşın içindəyəm. Gizlətməyimin mənası yoxdur".
Aktrisanın məşqini sonda məşqçi Taleh Qəhramanov da dəyərləndirdi: "Bu gün Nahidə xanımın ilk məşqi yaxşı keçdi. Deyirlər ki, ulduzların kaprizi olur. Amma Nahidə xanımda kapriz olmadı. Ümumiyyətlə nəsə nəticə əldə etmək istəyirsənsə, gərək kaprizləri bir kənara qoyasan".

57 yaşlı əməkdar artistimizə elçi gəldilər: Özü də görün kim - VİDEO-FOTO

Xəbərlər     Baxılıb: 5479   Tarix: 23 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

həkim məsləhəti geyim şəkilləri geyim seçimi hamilə geyimləri kosmetika milli geyimlər seks haqqinda kosmetika burclerin uygunlugu kondom nedir vətən həsrətinə aid bayatılar uşaq şeirləri gözəllik