69 uşağı olan qadın kimdir? - İNANILMAZ REKORD

69 uşağı olan qadın kimdir? - İNANILMAZ REKORDİlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginnes" pivə zavodunun sifarişi ilə nəşr olunan "Ginnesin Rekordlar kitabı" hazırda dünyanın 100-dən çox ölkəsində 24 dildə çap edilir. Kitabda demək olar, hər mövzuda rekordlara rast gəlmək mümkündür.

Bir qadın düşünün, maksimum neçə uşaq dünyaya gətirə bilər?

Xanim.az modern.az-a istinadən böyük ailə anlayışına inanılmaz bir ölçü qazandıraraq uşaqlarının sayı ilə rekordlar kitabına düşmüş anaların siyahısını təqdim edir.

33 dəfə ana olan Meri Conas

Tarixi qeydlərdən əldə edilən məlumata görə, 19-cu əsrlərdə İngiltərədə yaşamış bu qadın əslində kasıb olub. Bəs onlar məhdud imkanlarla o qədər uşağa necə baxacaqlarını düşünüblərmi? Dəqiq bilinmir. Amma Marinin və əri Conun 33 uşaqları dünyaya gəlib. Maraqlısı budur ki, bu uşaqlardan 30-u əkiz olaraq dünyaya gəlib. Cütlər olaraq dünyaya gələn bu uşaqların hamısı canlı olaraq doğulsa da, çoxu yeniyetmə yaşlarına çatmadan ölüb.

35 uşaqla böyük bir ailə quran Xanım Harrison

Başqa bir ingilis cütlük olan Harrisonların da ailəsi olduqca geniş olub. Onların 35 uşaqları dünyaya gəlib.1736-ci ildə xanım Harrison, tək əri olan cənab Harrisondan 35-ci uşağını dünyaya gətirib. Uşaqların aqibəti haqqında məlumat yoxdur.

Ərinin vəfatı ucbatından planları yarımçıq qalan 39 uşaq anası Yelizaveta Qrenhill

İngiltərəli xanım Qrenhill əri cənab Qrenhildən biri əkiz olmaqla tam 39 uşaq dünyaya gətirib. Sonuncu oğlunun adı Tomasdır. Hətta əgər əri vəfat etməsəydi, iki və ya üç uşaqlarının olmasını da planlaşdırırdılar.

41 uşaq anası Alisa Hookes

Alisa Hookes haqqında məhdud biliyə Konvey Kilsə Qəbiristanlığındakı məzar daşı sayəsində nail olunub. Məzar daşında 1637-ci ildə xanımın 41-ci uşağının adı yazılıb.

42 uşaqlı Yelizaveta Mott

Yelizaveta Mott haqqındakı ilk məlumat elə "Ginnes" rekordlar kitabının 1988-ci il tarixli nüsxəsində verilib. Yelizaveta və Con Mott cütlüyü Monks Kirbi kəndində tanış olub, 1676-ci ildə evləniblər. Cütlük hər halda çox xoşbəxt idi ki, tarixi qeydlərə görə, 42 uşaqları dünyaya gəlib. Xanım Mott 1720-ci ildə vəfat edib.

52 uşaq anası İtaliyalı Maddalena Qranata

İtaliyalı xanım Qranata haqqındakı məlumat "Paris" jurnalında yer alan bir yazıya əsaslanır. Yazının dərc olunduğu tarixdə 47 yaşında olan Qranata 28 yaşında evlənib. Ölü anadan olanlarla birlikdə,49-u oğlan olmaqla, tam 52 uşağı olub. Bu uşaqların 15- i əkiz olaraq dünyaya gəlib.

İmperiya qadını 53 uşaq anası Barbara Stratzmann

1448-1503 illəri arasında Roma İmperiyasında yaşayan Xanım Stratzmann 53 dəfə ana olub. Ancaq uşaqlarından heç biri yetkinlik yaşına çatmayıb. Barbara və Adam Stratzmann cütlüyünün bir dəfə yeddi, bir dəfə də altı uşağı birlikdə doğulub. Bundan başqa 4 dəfə üçəm, 5 dəfə əkiz və 18 dəfə də tək uşaqları doğulub. Ümumilikdə 19 uşaqları ölü olaraq doğulub.

55 dəfə ana olan Leontina Albina

Xerardo Sekunda və çilili Leontina Albina haqqındakı məlumat "Ginnes"in 1988-ci il tarixli nüsxəsinə əsaslanır. Albina həyat yoldaşı ilə 1943-cü ildə Argentinada ailə həyatı qurub. Xanım Albina, həyat yoldaşı ilə birlikdə Çiliyə köçməzdən əvvəl artıq hamısı oğlan olmaqla 5 dəfə üçəmi dünyaya gəlmişdi. Xanımın ümumilikdə 55 uşağı olub.

Yakov Kirillovun həyat yoldaşı 57 dəfə ana olaraq kraliçanın diqqətini çəkib

Rusiyanın Vvedenski kəndində yaşayan Kirillov 1775-ci ildə "atalıq uğurları"na görə kraliçanın məhkəməsinə təqdim edilib. Əkinçilik edən Kirillovun ilk həyat yoldaşından olan uşaqlarının sayı 57-yə bərabərdir. Həyat yoldaşının adı isə qeyd edilmir.

Feodor Vasilyevi 69 dəfə ata edən həyat yoldaşı

Cənab Vasilyev ilə evlənərək onu nə az, nə çox 69 dəfə ata edən qadının adını təəssüf ki, bilmirik. Rusiyanın Şuya şəhərində yaşayan Vasilyev ailəsinin xanımı 27 dəfə hamiləlik keçirib,4 dəfə dördüz, 7 dəfə üçəm, 16 dəfə əkiz uşaq dünyaya gətirib. Körpələrdən yalnız ikisi ölü olaraq doğulub.

Xəbərlər     Baxılıb: 1904   Tarix: 29 dekabr 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Unutqanlıq təhlükə siqnalı ola bilər - XƏBƏRDARLIQ

Gündəlik həyatda tez-tez rast gəlinən unutqanlıq əksər hallarda normal qəbul edilsə də, mütəxəssislər bəzi hallarda bunun ciddi xəstəliklərin erkən əlaməti ola biləcəyini bildirir. xəbər verir ki, xüsusilə təkrarlanan, getdikc

.

Su basan evlərdə yaşayanlar risk altındadır - Tənəffüs yolları, bronxlar və ağciyərlər

Son günlər yağan intensiv yağışlardan sonra evləri su basdı. Həmin evlərin divarındakı rütubət və nəm insanların sağlamlığı üçün müəyyən risklər formalaşdırır. Terapevt Günay Lətifova -a açıqlamasında bildirib ki, bu vəziyyət

.

Qəhvə buna da xeyir imiş

Qəhvə orqanizmdə iltihab proseslərini zəiflətməyə kömək edir. xəbər verir ki, bu barədə nəticələr "Nutrients" jurnalında dərc olunan araşdırmada qeyd olunub. Araşdırmaya görə, qəhvənin tərkibində olan bəzi maddələ

.

Çuğundur şirəsinin faydaları: Niyə içməliyik?

Çuğundur (Beta vulgaris) polifenollar, antioksidantlar və elektrolitlərlə zəngin bir kök tərəvəzdir.  xəbər verir ki, onun şirəsi xüsusilə ürək-damar sağlamlığı və fiziki dözümlülük üçün əvəzolunmazdır. Çuğundurun tərkibind

.

Kərə yağı deyənlər yanılır: Ən sağlam yağlar açıqlandı

Biotibbi araşdırmalar göstərir ki, hər yağın orqanizmə təsiri fərqlidir. Tərkibindəki doymamış yağ turşuları və antioksidantlar baxımından zəngin olan yağlar siyahıda liderlik edir.  xəbər verir ki, siyahının zirvəsində birmənal

.

Mədə problemlərinin gizli səbəbləri məlum oldu

Gündəlik vərdişlər həzm sisteminə ciddi təsir edir. xəbər verir ki, nizamsız qidalanma, səhər yeməyini buraxmaq və uzun fasilələrdən sonra çox yemək mədəyə yük salır. Tələsik və ayaqüstü qidalanma yeməyin düzgün həzm olunmamasın

.

Gənclər bu simptomları ciddiyə almır – Həkimlər xəbərdarlıq edir

Son illərdə gənclər arasında qəfil insult hallarında artım müşahidə olunur. Ənənəvi olaraq insult daha çox yaşlı insanlarda rast gəlinirsə də, müasir həyat tərzi bu xəstəliyi gəncləşdirib. xəbər verir ki, həkimlərin sözlərin

.

Ürəkdən beyinə qədər - Fit forma bədəni necə qoruyur?

Fiziki formada olmaq xəstəlik riskini azaldır. xəbər verir ki, Barselona mərkəzli Hospital del Mar Research Institute və Universitat Ramon Llull (URL) tərəfindən aparılan yeni araşdırma fiziki hazırlığın sağlamlığa təsir

.

Bu 3 əlamətdən 2-si varsa, mütləq həkimə gedin

Normalda sidikdə olan köpüklər susuzluqdan yarana bilər və qısa müddətdə yox olur. Lakin böyrək filtrləri zədələndikdə zülal sidiyə qarışır (proteinuriya) və bu, daha qalıcı, qatı köpük yaradır.  xəbər verir ki, bu 3 göstəricidə

turlar.az

kosmetik vasiteler reseptler geyim seçimi masin sou qızlıq pərdəsi necə açılır mastopatiya haqqinda saç düzümləri kosmetika novruz bayramı oglan evi baldiza aid haxisda rus dilini oyrenek 2ci ders olumu