700 bal toplayan Arzu: ""Wi-fi", televizor, telefonu bağlatdırmışdıq"

700 bal toplayan Arzu: ""Wi-fi", televizor, telefonu bağlatdırmışdıq"Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Bu il qəbul imtahanında yüksək nəticə göstərərək başqalarından fərqlənən abituriyentlərdən biri də Arzu Məmmədzadə Ramil qızıdır.

O, tam orta təhsilini Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyində alıb. Ailədə 5 nəfərdirlər: anası, atası, bacısı, qardaşı və özü. Anası evdar qadındır, atası isə Rusiyada işləyir. Yaşca böyük olan bacısı ötən il 675 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə qəbul olub. Qardaşı isə 7-ci sinifdə oxuyur.

Arzu qəbul imtahanına son 2 ildə Ağcabədi rayonunda əlavə müəllimlərlə hazırlaşıb.
Xanim.az lent.az-ın Arzu ilə olan müsahibəni təqdim edir:

- Məktəbdə də bütün dərsləri yaxşı oxumağa çalışırdım. İstəyirdim ki, qiymətlərim 5 olsun. Amma son iki il ərzində daha çox II qrup üzrə fənlərə üstünlük verməyə çalışdım.

Arzusu xaricdə təhsil alıb, orda yaşamaqdır:

- Uşaqlıqdan xarici ölkədə oxumaq, orda yaşamağı arzulayıram. Ən çox da İsveçrə, İspaniyanı sevirəm. Düşündüm ki, II qrup üzrə ixtisasları seçsəm bu arzumu gerçəkləşdirmək şansım çox olar.

Amma xaricə getmək imkanım olmasa, Azərbaycan universitetlərindən seçməli olsam, o zaman UNEC ya da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında seçim edərəm.

Qalibimiz səfir işləmək istəyir.

- Hələ ki hansı ixtisası seçəcəyimə dəqiq qərar verməmişəm. Amma uşaq vaxtı ən böyük arzum olub ki, Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olum və səfir kimi işləyim. Yəqin ki, müəllimlərimin məsləhəti ilə düzgün qərar verə biləcəm.

700 bal toplayacağını gözləyirmiş

- Kursların təşkil etdiyi sınaqlarda həmişə iştirak edirdim. Nəticələrdən də görünürdü ki, yüksək bal yığacağam. İndiyə qədər 700 bal yığmasam da 650 ya ondan bir az yuxarı bal toplayırdım. Ona görə düşünməmişdim ki, birdən aşağı nəticə yığsam, hansı ixtisası seçərəm. Sınaqlarda, məktəbdə müəllimlərimdən öyrəndiklərimin mənə çox faydası oldu. İmtahanda suallar o qədər çətin deyildi. Kursda o tip suallar o qədər işləmişdik ki, elə bilirdim, kursda oturub test edirəm.

İmtahana gedəndə həyəcanlanacağımı düşündüm. Amma keçən il bacım imtahanında heç həyəcanlanmadı deyə, mən də özümə söz verdim ki, onun kimi olmalıyam.

Arzu deyir ki, yüksək bal toplamaq üçün çox məqsədli olub və vaxtını ancaq dərs oxumaqla keçirirmiş.

- Bu son iki il ərzində evdəki wi-fi, televizor, telefon, kompüter bunların hamısından uzaq olmağa çalışdım. Hamısını bağlatdırmışdıq. Rayon yerində yaşayırıq deyə rəfiqələrlə çıxıb gəzmək kimi imkanlar da olmur. Yəni bizim rayonda elə şeylər yoxdur. Həm də dərsimi atıb elə şeylərlə məşğul olmazdım. Məqsədim və xəyalım idi ki, 700 bal toplayım.

İkinci qrup üzrə hazırlaşmağıma baxmayaraq daha çox tarix oxuyurdum. Elə gün olurdu, qarşıma məqsəd qoyurdum ki, bu gün 2700 ədəd test edəcəyəm ya səhərdən axşama kimi dərs oxuyacağam və edirdim də.

Valideynlərim də hər zaman bizə dəstək olublar. Yorğun olanda deyirdilər ki, bəsdir bu qədər oxumağın. Yorğunsan, dincəl bir az. Həmişə yanımızda olublar.

Arzunun tələbə olmaq istəyənlərə məsləhəti də var.

- Məsləhətim odur ki, telefondan, sosial şəbəkələrdən, əyləncələrdən uzaq dursunlar. Bunlar həmişə var. Tələbə olanda da, tətil zamanı da bunları edə bilərlər. Əsas odur ki, hazırlıq ərəfəsində sırf dərslərlə məşğul olsunlar.

İnşallah bütün çalışqan abituriyentlər öz əziyyətinin bəhrəsini görərlər. Bu dəfə alınmasa da iyulda keçiriləcək ikinci imtahanda iştirak edib uğur qazanarlar.

Xəbərlər     Baxılıb: 2076   Tarix: 05 may 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

turlar.az

donlar 2026 toy makiyajlari yemek reseptleri qaragatin faydasi varikozun mualicesi sepsis xesteliyi yay paltarlari kosmetika novruz bayrami vətən haqqında bayatı burclerin uyumu azerbaycan bir arzum var