72 yaşında ana olan qadın: Çox çətinlik çəkirəm - FOTOLAR

Bu yaşda ana olmaq, övlad dünyaya gətirmək asan deyil. Çox çətinlik çəkirəm. Üstəlik, oğlum doğulandan sonra səhhətimdə ciddi problemlər yaranıb.

Xanim.az bildirir ki, Hindistanın şimalındakı Pəncab ştatının paytaxtı Amritsarda yaşayan 72 yaşlı Daycinder Kaur ilk övladını ötən ilin aprelin 19-da dünyaya gətirib.

Oğlu doğulandan bəri o, yüksək qan təzyiqi və oynaqlarının zəifləməsindən əziyyət çəkdiyini deyir.

Daycinderin 11 aylıq oğlu Arman Sinqh iməkləməyə başlayıb.

Armanın atası, 80 yaşlı Mohinder Sinqh Gill də ilk övladını həddən artıq sevdiyini söyləyir.

"Qan təzyiqim daim yüksəlir və çox tez yoruluram. Bir neçə həkim yanına getmişəm. Onlar mənə, sadəcə, dərman verir, pəhriz saxlamağı məsləhət bilirlər. Armana görə narahatam. Təbii, səhhətimin qayğısına qalmalıyam. Amma əsas məsələ Armanı böyütməkdir", - Daycinder söyləyib.

Mohinderlə Daycinder 46 il əvvəl ailə qurublar. Onların övladları olmurdu. Arman isə anasının bir neçə uğursuz hamiləliyindən sonra süni mayalanma vasitəsilə doğulub.

Əməliyyat Hindistanın Hisar şəhərindəki Milli Fertillik Mərkəzində gerçəkləşdirilib.

Balaca Arman çox arıqdır, onun çəkisi cəmi 4,3 kiloqramdır.

"Oğlumun çəkisi hələ də normadan azdır. Yaman arıqdır. Hətta bu yaşda olan uşaqların bələkləri belə, ona böyükdür. Problemi həll etmək üçün dərman olub-olmadığını soruşanda həkimlər dedilər ki, Arman çəkisini təbii yolla yığmalıdır. Özümü çox yorğun hiss edirəm. Yalnız oğlum yatanda bir qədər dincələ bilirəm", - Daycinder Kaur deyib.milli.az
72 yaşında ana olan qadın: Çox çətinlik çəkirəm - FOTOLAR72 yaşında ana olan qadın: Çox çətinlik çəkirəm - FOTOLAR72 yaşında ana olan qadın: Çox çətinlik çəkirəm - FOTOLAR

Xəbərlər     Baxılıb: 3287   Tarix: 09 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

gozel gorunmek toy makiyaji sekilleri geyim və ayaqqabılar makaronlar yoğun bağırsaq xəstəlikləri tozsoranlar fatimə fətəliyeva kosmetika novruz bayatilar laylalar qizliq perdesi ağır itki