Açıq-saçıqlıq İslamda

Açıq-saçıqlıq İslamdaŞübhəsiz ki, modapərəstlik, bu sıradan olan hicabsızlıq və açıq-saçıqlıq müasir dünyamızın əsas problemlərindəndir. Bu problem infilyasiya, işsizlik, narkomaniya ilə yanaşı dayanır. Bu problemin də həlli üçün o biriləri kimi proqram lazımdır. Hətta bəziləri hicabı elə bir şəkildə bağlayırlar ki, bu hal hicabsızlığa daha yaxın olur. Dünyanın sonu, axirüz-zəmanın əlamətləri arasında zinətləri göstərmək kimi bir əlamət də yada salınır. Gizli deyil ki, küfr və imperializm cəbhəsi müsəlmanlara qarşı növbəti dəfə Əndəlus proqramını həyata keçirmək əzmindədir. Xüsusilə İran İslam Respublikasına qarşı belə planlar cızılır. Müxtəlif təbliğat vasitələri ilə öz layihələrini gerçəkləşdirmək istəyirlər. Məqsədləri hicabı aradan qaldırmaq, onun yerinə qərb dəbini işə salmaqdır. Qərb ideoloqlarından biri açıq şəkildə deyir ki, İran İslam hökumətini sıradan çıxarmaq üçün mantoları qısaltmaqdan başlamaq lazımdır. Təəssüf ki, düşmən bu sahədə müəyyən həddə müvəffəqdir. Bəziləri düşünür ki, qadına zorla hicab örtdürmək olmaz və iş sadəcə təbliğatdır. Hicabın mədəniyyətə çevrilməsi müsbət hal olsa da onu təkcə mədəniyyət işi kimi azad buraxmaq olmaz. Bütün cəmiyyətlərdə açıq-saçıqlıq fəsad yaradır və bu halla mübarizə mədəniyyət yaratmaqda fərqli bir işdir. Bir tərəfdən açıq-saçıqlığın təbliği, digər tərəfdən bu mənfi hala qarşı proqramın olmaması İslam düşmənlərinə yol açır.

İslam öz qurucu göstərişləri və hökmləri ilə bu sahədə islahatlar nəzərdə tutur. İslam dəyərlərinin cəmiyyətə hakim olması sayəsində hicab özü bir dəyərə çevrilir və hicabsızlıq normal qarşılanmır. Təəssüf ki, dünyanın böyük ölkələrində, qərb və Amerikada cəmiyyətə tam əks dəyərlər hakimdir. Dövlət səviyyəsində bütün tədbirlər qadının əmtəəyə çevrilməsinə yönəldilib. Açıq-saçıq və ya çılpaq qadın ticarət brendi kimi əşyaların reklamını təşkil edir. Əgər qadın sadəcə təbliğat vasitəsi olursa onun əsl məqamı, analıq dəyəri səhnədən çıxır. Çimərlik libasları nümayiş etdirən maniken qadın necə övlad tərbiyə edə bilər?! Bu məsələyə yetərincə diqqət ayırdıqda aydın olur ki, açıq-saçıqlıq bəşəriyyətin varlığına qarşı yönəlmiş bir hadisədir. Etiraf etməliyik ki, hətta İslam cəmiyyətində hicab məsələsi təhlükəli durumdadır. Bu sadəcə söz deyil. Cəmiyyət unutmağa başlayıb ki, onun xoşbəxtliyi təkcə fiziki yox, həm də mənəvi sağlamlıqdan asılıdır. İnsan zahirinə daha çox diqqət ayırdıqca mənəviyyat ikinci plana keçir. Zahirpərəstlik bir virus kimi cəmiyyətə daxil olub insanların düşüncəsini əsarət altına alır. Qeyd etdik ki, natamam hicab da hicabdan daha çox hicabsızlığa yaxındır və açıq-saçıqlığa aparan bir mərhələdir.

Mədəniyyət hər bir cəmiyyətin həyatında dirilik özülüdür. Cəmiyyətin kimliyini onun mədəniyyəti təyin edir. Dünən cihad meydanında şəhadət axtaranların bu gün təbliğat və mədəniyyət meydanında qəhrəmanlıq göstərməsinə ehtiyac yaranıb. Din alimləri, ustadlar, araşdırmaçılar, yazarlar öz işlərində bu mövzuya xüsusi yer ayırmalıdır. Hicabsızlıq təkcə dinə yox, cəmiyyətin varlığına qarşı yönəlmiş hadisədir.

İmam Sadiq (ə) buyurur: "Elə bir libas geymə ki, səni eqoistliyə, riyakarlığa, təkəbbürə sövq etsin. Bütün bunlar dinin bəlası, qəlbin daşlaşması səbəbidir." (Biharul-ənvar). Natamam hicab və ya hicabsızlıq dini dəyərlərə etinasızlıq göstəricisidir. Hicabsız qadın kişilərin diqqətini özünə cəlb edir, onların imanını süstləşdirir. İslam düşmənlərinin planları arasında hicabsızlığın genişləndirilməsi kimi təhlükəli plan yoxdur. Açıq-saçıqlıq cəmiyyətdə əxlaqi dəyərləri pozur, nəticədə cəmiyyət günah girdabına yuvarlanır. İman zəifləşəndən sonra düşmən asanlıqla hökmünü yeridir. Modabazlıq həvəsbazlığa aparır. İnsan modaya aludə olduqda, hər gün yeni görkəmdə görünməyə çalışdıqda bu hal tədricən xəstəliyə çevrilir. Modabaz insan təkəbbürlü, daş qəlbli, lovğa olur. Modabazlıq cəmiyyətdə möhkəmlənərsə günaha yol açılar və bir müddət sonra günahın pisliyi fikri aradan qalxar. Bəli, hicabsızlıq, açıq-saçıqlıq günahın pisliyini ört-basdır edir. Natamam hicablı və ya hicabsız qadın üçün daim günaha batmaq təhlükəsi var.

Əhzab surəsinin 59-cu ayəsində buyurulur: "Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!" Ayənin nazil olma şəni barədə deyilir ki, axşamlar bir qrup qadın məscidə namaza gedirdi, bəzi avara adamlar onları görmək üçün yol qırağında dayanırdı. Ayədə qadınlara göstəriş verilir ki, hicab örtməklə özlərini qorusunlar. Hicab iffəti qoruyur, qadının həyasını göstərir. Allahın nemətləri arasında asayiş, aramlıqdan böyük nemət yoxdur. Bir cəmiyyətdə asayiş yoxsa onun yaxşılığından danışmağa dəyməz. İstər fiziki, istər mənəvi sağlamlığımız yaşadığımız cəmiyyətin asayişi ilə bir başa əlaqəlidir. Hicabsız qadınlar cəmiyyətin asayişini pozur. Onlar cəmiyyətdə açıq-saçıq görünməklə insanların diqqətini öz işindən yayındırır, günaha yol açır. İslam qanunlarına əsasən qadın evdən kənarda çalışa bilər. Amma bunun üçün şərtlər var. Təbii ki, kişilər də cəmiyyətə çıxanda müəyyən geyim qaydalarına əməl etməlidir. Eyni məhdudiyyətlər qadınlar üçün də nəzərdə tutulur. Bu məhdudiyyətlərin əsas məqsədi cəmiyyətin asayişini insanların düşüncə rahatlığını qorumaqdır. Özünü bəzəyib cəmiyyətə çıxan qadın cəmiyyət üçün ən böüyk təhlükələrdəndir.

Cəmiyyətdə dini dəyərlərin, dini inancın möhkəmlənməsində hicabın müstəsna rolu var. Nəhcül-bəlağədə Əmirəlmömininin (ə) oğlu Həsənə belə dediyi yazılır: "Hicab və örtük vasitəsilə qadınları qoru, onların paklığını hifs et." Ərlə arvad arasında ixtilaf məhkəməyə çəkiləndə çox vaxt şahid oluruq ki, ixtilafın kökü hicabsızlıqdadır. Bəli, ailə institutunun qorunmasında hicab zəruri şərtdir.

İnsandakı psixoloji disbalansın əsas səbəblərindən biri də hicabsızlıqdır. Qadınların açıq-saçıq şəkildə dolandığı cəmiyyətdə düşüncələrdə asayiş yoxdur. Hicabsız qadın həm özü, həm də müxalif cins üçün təhlükədir. Aydın məsələdir ki, evdən çıxan insan təhsil, iş, qazanc dalınca çıxır. Onun məqsədi var və düşüncəsi bu məqsəd ətrafında nə qədər çox təmərküzləşsə, bir o qədər uğur qazanar. Hicabsız qadın insanın fikrini dağıdan ən güclü amildir. Şəhid Mütəhhəri deyir: "İnsanın ruhu fövqəladə həddə tez təhrik olur. İnsan var-dövlət, şöhrətdən doymadığı kimi, cinsi mövzulardan da doymur. Digər tərəfdən insanda hansısa meyli tam doyurmaq qeyri-mümkündür. İnsan daxili meyllərinin ardınca gedirsə əvvəlcədən bilməlidir ki, onları tam təmin edə bilməyəcək. Belə bir halda onun psixoloji balansı pozulur. Nə üçün qərb cəmiyyətində ruhi xəstəliklər bu qədər çoxdur?! Əsas səbəbi cinsi azadlıq, açıq-saçıqlıq, rəsmi və qeyri-rəsmi yığıncaqlarda dəbdəbəçilikdir."

Hazırda İslam ölkələrində təhsil ocaqlarında hicaba münasibət təəssüf doğurur. Hər bir cəmiyyətin mədəniyyəti onun təhsil sistemi ilə sıx bağlıdır. Təhsil nə qədər güclüdürsə, mədəniyət də o qədər nüfuzludur. Cəmiyyətin istedadlı fərdləri təhsil vasitəsilə tanınır. Bir cəmiyyətdə alim çoxsa, mədəniyyət də yüksəkdir. Bir sözlə, cəmiyyətin tərəqqisi təhsil səviyyəsindən asılıdır. Amma cəmiyyətin xoşbəxtliyində ruhi asayiş mövzusunu unutmaq olmaz. Əgər təhsil mərkəzlərində insanları təhsildən yayındıran hallar yaşanırsa bu sahəyə qoyulan xərclər havaya sovrulur. Bir çox mütəxəssislər məhz təhsil müəssisələrində müxalif cinslərin, oğlanlarla qızların xüsusilə moda və bəzək-düzək mövzusunda söhbətlərini təhlükəli sayırlar. Ümumiyyətlə qızlarla oğlanların bir yerdə təhsil almasının fəsadları çoxdur.

Hicabsızlıq, dəbdəbəçilik, modabazlıq rəvac tapmış cəmiyyətlərdə şəxsiyyət ikinci plana keçir. İnsanlar daha çox xarici görkəminə görə dəyərləndirilir. Bu isə cəmiyyəti inkişafdan saxlayır. Hicabsız qadınlar hər gün müxtəlif formada cəmiyyətə çıxmağa çalışırlar. Cəmiyyətdə mənəvi dəyərlər üçün ən öldürücü zəhər elə budur. Hicabsızlıq tədrici şəkildə mənəvi və dini dəyərləri səhnədən çıxarır. Amma hicabın dəyər sayıldığı cəmiyyətlərdə diqqət əsas məqsədə yönəlir, insanların fiziki və mənəvi sağlamlığı təmin olunur.

Gözəllik və Moda     Baxılıb: 2861   Tarix: 10 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Bu il qırmızı dodaq boyasının ən aktual variantı hansı olacaq?

Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

turlar.az

yemek reseptleri gozel gorunmek toy makiyaji sekilleri qadın və təhsil dirnaqlara qulluq qaydalari uc baci dolmasi sudun terkibi kosmetika sekisler vətənə aid bayatılar klitor brusell bakteriyası sekis