Ad günü olan vətəndaş həmin gün işləməsin - Yeni TƏKLİF
Rusiyanın Dövlət Duması qanuna dəyişiklik etməyə hazırlaşır.
Milli.Az bakupost-a istinadən xəbər verir ki, deputat Oleq Matveyçev vətəndaşların ad günündə işə gəlməmək hüququnun verilməsi təklifini irəli sürüb.
O, Əmək nazirliyinə də müraciət ünvanlayıb.
Əmək məcəlləsində bu məsələ nəzərdən keçirilib. Doğum günü olan şəxs həmin gün ya qısaldılmış saat çalışmalıdır, ya da ümumiyyətlə istirahət verilməlidir.
Deputatlar bunu onunla əsaslandırıb ki, ad günü ənənəvi olaraq ailə məclisi ilə qeyd edilir və bu özəl günü keçirmək üçün vətəndaşın vaxtı olmur.
Qanuna belə dəyişiklik şirkət və idarələrin iş keyfiyyətini aşağı salmayacaq.
Rəhbərlik öncədən biləcək ki, hansı gün hansı əməkdaşı ad gününə görə işləməyəcək.
Bundan öncə Dövlət dumasında məmur və deputatlar üçün istirahət və tətil günlərinin minimum həddə qədər azaldılması təkıif edilmişdi.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Elnarə Abdullayeva nənə olacaq
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur