Adel səhnə ilə vidalaşdı - FOTOLAR
Hello, Someone Like You, Easy On Me və Rolling in the Deep hitləri ilə tanınan britaniyalı müğənni Adel Las-Veqasdakı "Weekends With Adele" şousu ilə səhnəylə vidalaşıb.
azxeber.com xəbər verir ki, Las-Veqasda 100-cü konsertini verən Adel iki ilə yaxın davam edən Las-Veqas şoularının finalında göz yaşlarını saxlaya bilməyib.
"Caesars Palace" səhnəsində musiqisevərlərlə görüşən 36 yaşlı britaniyalı sənətçi musiqi ilə bağlı heç bir planının olmadığını ifadə edib:
"Bu konsertlərin bitəcəyinə çox üzülürəm, amma baş tutduğu üçün çox xoşbəxtəm. Bu mərhələ və səhnə üçün çox darıxacağam. Yenidən nə vaxt səhnəyə çıxacağam, bilmirəm" deyərək göz yaşı töküb.
Aysel













İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi