Adi su və duzla ağır xəstələri müalicə edən iranlı həkim - İnsan buna görə xəstələnir

Adi su və duzla ağır xəstələri müalicə edən iranlı həkim - İnsan buna görə xəstələnirFereydun Batmanhelic ötən əsrdə İranda yaşayıb. Adi su və duz ilə müalicə metodunu dünyada təbliğ edən həkim sonradan yazdığı "Sən xəstə deyilsən, sən susuzsan" kitabı ilə dünyada tanınaraq, milyonlar qazanıb.
Bu günə kimi bütün dillərə tərcümə olunan, yüz minlərlə satış edən, çox insanları su və duz ilə müalicəyə cəlb edən Fereydunun həyatı da keçməkeşli olub.
Hələ gənc yaşlarında İran inqilabı baş verən 1979-cü ildə həbsə düşən həkim onunla bir yerdə qalan gənc oğlanın mədə ağrılarından qıvrıldığını görüb. Həbsxanada verilən dərmanlar zəif olduğundan gənc oğlanın halı getdikcə pisləşib.
Fereydun həbsxanadan gəncin meyitinin çıxacağını anlayıb hərəkətə keçir. Xəstəyə hər gün təmiz su və duz verməyə başlayır. Suyun miqdarını günbəgün artırıb. 3 gün ərzində həbsxanadakıların gözü qarşısında oğlan özünə gəlib, sağalmağa başlayıb.
Bu metodla o, oradakı astma, vərəm, bronxit və digər xəstəlikləri olan məhkumları da sağaltmağa başlayıb. Həqiqətən də bu, işə yarayıb.
Həbsdən çıxdıqdan sonra bütün ömrünü, fəaliyyətini suyun müalicəvi təsirinə, xəstəliklərdə tətbiqinə, ağır xəstələrdə dərman əvəzi bu metoda keçdikdən sonra baş verən dəyişikliklərin öyrənilməsinə həsr edib.
Doktor Batmanhelic ürəkdən arzulayırdı ki, onun metodu daha çox insanlara çatdırılsın, hətta klinikalar da bu üsulla müalicəyə keçsin. O, insanların hər gün 5-7 adda dərman atmasının qarşısını almaq istəyirdi. Lakin onun arzusu öz ölkəsində və kənarda nə dövlət, nə məmurlar, nə də farmakoloji şirkətlər, iri təcrübə laboratoriyaları tərəfindən dəstəkləndi. Çünki bu işdə milyonlarla gəlir yox idi, satmağa bir şey yox idi. Ona görə Fereydun çarəni kitab yazıb, daha çox insana çatmasında görür.
Fereydun xəstələrə deyərdi: "Sənin bədənin, orqanizmin su istəyir. Görmürsənmi, o, su istəyir, su dilənir".
Müasir insan susuzluqdan xəstələnir
XXI əsrdən başlayaraq insanların həyatından təmiz, adi su sıxışdırılıb çıxarılıb. İndi uşaqdan böyüyə hamı çay, qəhvə, qazlı su, şirin su, şirə içir və bunlara pul da xərcləyir. Onlar inanır ki, elə bu içkilər maye olaraq orqanizmin su tələbatını ödəyir. Bəzən həkimlər də maye adı altında şorba, çay və şirələri birləşdirir. Bu, çox səhv fikirdir. İnsanın bütün orqanlarının, hüceyrələrinin su tələbatını, ehtiyatını yalnız H2O, təmiz su hüceyrələri ödəyə bilər. Bu da günə 2 litr su içməklə ödənir. Elə insan var çəkisinə görə daha artıq su içməlidir.
Həkim bildirir ki, allergiya, astma, bronxit, miqren, hipertoniya, artrit, mədə, bağırsaq xəstəlikləri, pis qan, xolesterin, şəkərli diabet, hətta onlarla onkoloji xəstəlik, xroniki yorğunluq, əsəb, nevroz məhz kəskin susuzlaşmanın son nəticəsidir. Su çatışmayanda hemoqlobin kəskin yüksəlir, qan qatılaşır, damarlar tutulur, tromb yaranır.
Su necə ki, paltaryuyan maşın üçün vacibdir, insan üçün də eyni rolu daşıyır. Təsəvvür edin, susuz maşın işləyərmi? Amma insan özünü susuz işlədir, yaşadır. Yaşayır, amma xəstə.
Su ilə yanaşı duz da lazımdır
Orqanizmin yüz kilometrlərlə olan qan sistemi, damarları, on metrlərlə olan bağırsaqları su ilə işləyir. Suyu qəbul etdiz, amma o təmizləyici rolunu yerinə yetirmək üçün orqanizmdə qalmalıdır. Daha burdan içən kimi, ordan böyrəklərlə süzülüb atılmamalıdır. Bunun üçün də adi duz lazımdır.
Xörək duzu yox, daş duz və ya iri dəniz duzu.
Dəniz duzu ( yəni satışda olan dəniz duzu) və daş duz ( dədə-baba duzu) mineral maddələrlə zəngindir, Mendeleyev cədvəlinin 90% elementlərini özündə birləşdirir.
Həkim Batmanhelic duz və suyu belə tətbiq edirdi:
1 stəkan təmiz su içdikdən sonra, bir-iki kristal duzu dilin altına qoyub əritmək.
Bəs duz ağ ölümdür deyirlər? Bu barədə fikirlər təzadlıdır. Doktor Fereydun belə hesab etmirdi. Bəli duzlu şoraba, satışda olan xörək duzu, duzlu yeməklər ziyanlıdır. Əslində duz insan üçün çox həyati vacibdir, sutkada bir çay qaşığının yarısı qədər qəbul oluna bilər.
Təbiətdə belə bir fakt var ki, dağ maralları 2-3 gün yol gedir ki, duzlaqlarda daş duzu yalayaraq, orqanizmi qışa hazırlasınlar.
Həkim Fereydunun kitabında qeyd olunan bu metodu günü sabahdan sınamağa başlayın:
1. Hər gün bədən çəkinizə uyğun miqdarda su qəbul edin. Hər 1 kq çəkiyə 30 ml su lazımdır. Yəni 70 kq çəkisi olan normal insan 2100 ml su tükətməlidir.
2. Səhər 1 stəkan su içdikdən sonra dilinizin altına bir iki duz kristalı ( daş duz) qoyun.
İnsan hüceyrələri arasındakı su tərkibinə görə dəniz suyu kimidir, yəni duzludur.
Duzu suda həll edib içməyin. Bu məhlul bağırsaqlarda sovrulmur.
3. Əgər siz xəstəsinizsə, bu metodu etdiyiniz ərəfədə kofein tərkibli içkilər, alkoqol, qara çay, qazlı içki, şirin içkiləri qəbul etməyin.
100 ml çay 130 ml sidik ifrazına səbəb olur. Bu isə orqanizmin susuzlaşması deməkdir. İnsanın bütün ömrü qurumaqla keçir. Hüceyrələr susuzluqdan gəbərir, siqnal verir. Gah öskürürük, gah qaşınırıq, gah baş ağrıyır, gah şəkər qalxır. Bunlar hamısı su çatışmamasındandır.
Su yeməkdən 1 saat əvvəl və 2 saat sonra vaxtlarda içilməlidir. Sonuncu stəkan yuxudan əvvəl qəbul olunmalıdır.
Həkim Fereydun yazır: Mən ideal sxemi tapmışam. Sutkada 10 stəkan suya yarım çay qaşığı duz bəs edir. Yəni 3 qram. Bu 3 qramı bölüb gün boyu hər su içəndə qəbul edə bilərsiz.
İnsan yatanda orqanizm daha çox su sərf edir. Ona görə yuxudan oyanan kimi 1 stəkan su içilməlidir.
Astma xəstələri üçün özəl:
Hər dəfə astma xəstələrində quru öskürəklə tutmanın siqnalı gəldikdə, dərhal 2 stəkan su içib, sonra dil altına duz qoymalıdırlar. Duz təbii antihistamindir, ağız suyu və limfa ilə sinir uclarına təsir edib, onları qıcıqlandırmaqdan qoruyur.
Astma xəstələri ömür boyu bu metodu tətbiq etməli, hər 10 stəkana yarım çay qaşığı olmaqda duz qəbul etməlidirlər. Astmatiklərin menyusunda duz bir qədər bol olmalıdır. Duzsuzluq, az duzlu qidalar onların tutmalarını daha da artırır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1364   Tarix: 08 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Arıqladan, tox saxlayan, enerji verən super qida – Çia toxumu

Son illər sağlam qidalanma trendlərinin əsas komponentlərindən biri kimi çia toxumu xüsusi populyarlıq qazanıb.   -a istinadən xəbər verir ki, kiçik ölçülü olmasına baxmayaraq, çia toxumu yüksək miqdarda vitamin, mineral

.

Səhərlər qətiyyən yemək olmaz, ancaq bütün restoranların menyusunda var

Bəzi ənənəvi səhər yeməyi məhsulu əslində səhər saatlarında orqanizmə zərər verə bilər. xəbər verir ki, bunu türkiyəli həkim Halit Furkan deyib. O bildirib ki, səhər yeməyi bədən üçün ən kritik vaxt hesab olunur. "B

.

Dondurulmuş ət nə qədər müddət saxlanıla bilər?

Mütəxəssislər dondurulmuş ətin təhlükəsiz şəkildə saxlanması ilə bağlı vacib məqamları açıqlayıb. xəbər verir ki, onların sözlərinə görə, ət məhsullarını düzgün dondurmaq qida zəhərlənməsinin qarşısını almaq və qidanın keyfiyyətin

.

Dünyanın ən sağlam qidası şüyüd imiş... - SİYAHI

Minlərlə qida məhsulunun qlobal analizindən sonra mütəxəssislər dünyanın ən sağlam qidası kimi şüyüdü seçiblər. xəbər verir ki, vitamin, mineral və güclü antioksidant tərkibi ilə şüyüd bir çox meyvə və tərəvəzləri gerid

.

Yeməkdən sonra şirniyyat istəyi normaldır?

Bəzi insanlarda yeməkdən dərhal sonra, hələ süfrədən qalxmadan şirniyyat yemək arzusu yarana bilər. Mütəxəssislər bildirir ki, belə hallarda qəbul edilən qidanın tərkibinə diqqət yetirmək lazımdır. Yetərli miqdarda su içmə

.

Dar geyinən qadınlara xəbərdarlıq

Qadınların əksəriyyəti həyatlarının müəyyən dövründə vaginal infeksiyalara tutulur. xəbər verir ki, Türkiyəli həkim Ecem Eren dar geyimlərin və bəzi digər amillərin vaginal infeksiyalara səbəb olduğunu bildirib. Dar geyim

.

Yaşı 5-dən az olan uşaqlara diqqət - Təhlükə var

Son illər dünyada uşaq ölümlərinin sayı artıb. Bu qorxunc tendensiya erkən doğum nəticəsində dünyaya gələn uşaqlar arasında özünü daha qabarıq şəkildə göstərir. xəbər verir ki, 37 həftədən tez baş tutan doğum erkən doğu

.

101 yaşlı qadın uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO

Böyük Britaniyada 101 yaşını qeyd edən Coys Linas uzunömürlülüyünün gizlinini bölüşüb. xarici mətbuata istinadən xəbər verir ki, Linas gənclik illərində atasına fermada yardım edib, daha sonra ayaqqabı fabrikində çalışıb

.

Qarsız qış sağlamlığımıza zərər vurur - Psixiatr

Tutqun hava və qar örtüyünün olmaması insanın psixi sağlamlığı üçün zərərlidir. xəbər verir ki, bunu rusiyalı psixiatr Aleksandr Semçenkov deyib. O bildirib ki, bu hallar səbəbindən səhərlər oyanmaq çətinləşir, apatiya v

turlar.az

yay geyimləri 2025 sade makiyaj sekilleri qis geyimləri 2025 cinsi problemlər babil baglari ailə məktəbi islamda qadın kosmetika yemek reseptleri hakisda uşaq şeirləri efsaneler səməd vurğun