Afaq Bəşirqızıdan ŞOK ETİRAF: "Evimdə 14 erməni gizlətmişdim"
Azərbaycanın xalq artisti Afaq Bəşirqızı femida.az-a Sumqayıt hadisələri ilə bağlı müsahibə verib.
Xanim.az BAKU.WS-ə istinadən xəbər verir ki, aktrisa müsahibəsində 14 nəfər ermənini evində gizlətdiyini deyib:
"Sumqayıtdakı bir otaqlı mənzilimdə 14 nəfər ermənini və onlara gələn qonaqları gizlətmişdim. Edik, Şura, qızı, onun həyat yoldaşı və digər qonşumuz olan ər-arvad, oğlu, gəlini və nəvələr idi. İki gün evimdə qalandan sonra saat 01:30-da onları özüm şəxsən BTR -ə mindirib Füzulinin Tuğ kəndinə yola saldım".
Afaq Bəşirqızı hadisədən sonra onlarla görüşmədioyini söyləyib:
"Onlardan xəbərim olmadı. Tuğ kəndində idilər. Sadəcə Ediklə sonuncu dəfə söhbət edəndə dedi ki, "Krunk"a üzv olmayanların siyahısı bayaq adını çəkdiyim həmin qara paltolu şəxslərin əlində olub".
Xalq artisti ermənilərin yerini demək üçün ona pul təklif edildiyini vurğulayıb:
"Pul təklif etmişdilər ki, ermənilərin yerini deyim.Təklif edənləri tanımaq qeyri-mümkün idi, amma onlar məni çox çətin tanıdılar. Erməni saxladığıma görə kimsə məni satmışdı. Erməniləri evimizdə gizlətdiyimiz bir vaxtda qapımız döyüldü. Qara paltolu, şotland şarflı iki nəfər və onlarla bərabər 2-3 uşaq da qapıda dayanmışdı.
Qapı açılanda onlar məni tanımadı, amma yanlarındakı uşaqlar tanıdı və "Afaq xanımın evidir, evinizdə erməni var?" deyəndə hər iki şəxs təəccüblə biri-birilərinə baxdı. Məni tanıyırmış kimi salam verdilər. Elə bilirdim ki, onlar azərbaycanlıdır. Bizim dildə səlis danışırdılar. Təbii ki, onların azərbaycanlı olmadığını sonradan dərk etdim".
Xatırladaq ki, 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində erməni separatçıların yaratdıqları "Krunk" təşkilatına pul köçürməyən ermənilər qətlə yetirilib. İğtişaşa "Paşa" ləqəbli Qriqoryan Eduard
Robertoviç adlı erməni başçılıq edib. Qriqoryana Sumqayıtda yaşayan və təşkilata kömək etməyən ermənilərin dəqiq siyahısı və ev ünvanları verilib.
Erməni təxribatı nəticəsində baş verən hadisələrdə meydanlara toplaşan insanları sakitləşdirməyə çalışan xalq artisti Afaq Bəşirqızı iğtişaşların səbəbkarı olaraq istintaqa cəlb olunub və güllələnmək təhlükəsi ilə üzləşib.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq