Afətə görə işdən çıxarılan tibb işçilərinin daha bir videosu yayıldı- VİDEO
Ötən həftə işdən azad edilən Şəki Mərkəzi Rayon Xəstəxanasının tibb işçilərinin yeni görüntüləri yayılıb.
Xanim.az-ın oxu.az-a istinadən məlumatına görə, onlardan ikisinin "Tik-Tok" adlı proqramda xəstəxanada çəkilən videoları sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Qeyd edək ki, daha əvvəl onlar Afət Fərmanqızının ifa etdiyi mahnıya çəkdikləri videoya görə işdən azad olunublar.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Onlardan bəzisi bunu əyləncə xarakterli video qəbul etsə də, böyük əksəriyyəti tibb işçilərinə yaraşan addım olmadığını hesab edib.
Tibb işçiləri məsələ ilə bağlı televiziyalara və aparıcı Tarix Əliyevə müraciət edib. Tarix Əliyev mövzu ilə bağlı özünün sosial hesabından paylaşım edərək onları müdafiə edib.
Xatırladaq ki, daha əvvəl yayılan videoda yer alan tibb işçilərindən biri, görüntülərin nahar vaxtı çəkildiyini qeyd etsə də, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi açıqlamasında videonun iş saatları çərçivəsində xəstəxananın cərrahi blokunda qeydə alındığını bildirmişdi.
Onu da əlavə edək ki, hüquqşünaslar Əmək Qanunvericiliyinə əsasən, sözügedən görüntülərdə heç bir qanun pozuntusu qeydə alınmadığı üçün, şəxslərin işdən azad edilməsi üçün səbəb olmadığını deyib.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları