Ağciyər İnstitutunda daha iki nəfər öldü - RƏSMİ

Ağciyər İnstitutunda daha iki nəfər öldü - RƏSMİElmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki ölüm faktı qeydə alınıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xəstələrdən biri ötən gün, biri də bu gün vəfat edib.
Ötən gün vəfat edən 1944-cü il təvəllüdlü xəstə əvvəl Qax Rayon Mərkəzi Xəstəxanasında müalicə alsa da, vəziyyəti pisləşdiyi üçün fevralın 5-də sol tərəfli piopnevmotoraks, sepsiki vəziyyətdə, ikinci mərhələli xroniki böyrək çatışmazlığı diaqnozu ilə ETACXİ-yə gətirilib.
həkimlər tərəfindən aparılan intensiv müalicələrə baxmayaraq, xəstə dünən səhər saatlarında ağciyər arteriyasının kəskin tromboemboliyası, sol tərəfli piopnevmotoraks (empiema), mədə-bağırsaq qanaxması və böyrək çatışmazlığından vəfat edib.
Vəfat edən 1959 -cu il təvəllüdlü digər xəstə isə yanvar ayının 31-də ağciyərlərin interstisial pnevmoniyası, tənəffüs çatışmazlığı, ikinci tip şəkərli diabet, diabetik nefropatiya diaqnozu ilə İnstituta gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, xəstə bu gün səhər saatlarında əsas xəstəliyindən - kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.
TƏBİB ölüm faktlarını oxu.az-a təsdiqləyib. 
Qeyd edək ki, bu, yanvar ayının 15-dən bu günədək Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınan 21-ci ölüm faktıdır.
Onu da qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim reanimatoloq üçün altı vakansiya mövcuddur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1401   Tarix: 10 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

toy makiyajlari geymler 2026 maskalar capiq ucun maz saclarin yigilmasi şəkillər hicab geyimleri kosmetika xocali novruza aid hakışta sevda rus dilini öyrənək 2 ci dərs gülməli hakıştalar