Ağciyəri toksinlərdən təmizləyən qidalar

Ağciyəri toksinlərdən təmizləyən qidalarHavanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq, sağlam qidalanmaq və idmanla məşğul olmaq son dərəcə vacibdir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, mütəxəssislər sağlam həyat üçün ağciyərləri qoruyan qidaları açıqlayıb. Tövsiyə olunan bu qidalar mütəmadi olaraq istehlak edildikdə, onlar sözün əsl mənasında ağciyərləri təmizləyir.
Tərkibində C vitamini, E vitamini və beta-karoten olan meyvə və tərəvəzlər ağciyər sağlamlığını dəstəkləməkdə son dərəcə təsirlidir. Çiyələk, brokoli, portağal, qırmızı bibər və yerkökü bu vitaminlərlə zəngindir.
Omeqa 3 yağ turşuları iltihabı azaldaraq ağciyər sağlamlığını dəstəkləyir. Somon, kətan toxumu və skumbriya bu yağ turşuları ilə zəngindir.
Tərkibindəki katexin sayəsində yaşıl çay nizamlı olaraq istehlak edildikdə ağciyər toxumasının sərtləşməsinin qarşısını alır.
Qəhvə tərkibindəki antioksidantlar və kofein sayəsində ağciyər sağlamlığını dəstəkləməyə kömək edir. Bu səbəbdən mütəxəssislər gündə bir fincan qəhvə içməyi məsləhət görürlər.
Menyuda evdə hazırlanan qatıq mütləqdir. Kalsium, kalium, selen və fosforla zəngindir. Müntəzəm olaraq istehlak edildikdə ağciyər sağlamlığını qorumağa kömək edir.
Sarımsaq və soğan ikilisi təbii antibiotikdir. Tərkibində həmçinin iltihab əleyhinə komponentlər var. Ağciyər sağlamlığını qoruyan soğan və sarımsağın müntəzəm istehlak edilməsi tövsiyə olunur.
Çuğundur tərkibindəki betalain sayəsində ağciyər funksiyalarını yaxşılaşdırmağa kömək edir. Betalaindən əlavə, kalsium və A və C vitaminləri ilə də zəngindir. Damarları genişləndirərək oksigen qəbulunu asanlaşdıran çuğundur, ağciyər sağlamlığının qorunmasında son dərəcə təsirlidir. Bununla belə, diqqət tələb edən bir məsələ var.
C vitamini ilə zəngin olan sitrus meyvələri immunitet sistemini gücləndirərək ağciyər sağlamlığını qorumağa kömək edir. Pəhrizinizə mövsümi sitrus meyvələrini daxil edə bilərsiniz.
Narın tərkibində antioksidantlar və antiinflamatuar komponentlər var. Bu səbəblə ağciyər sağlamlığını dəstəkləməyə kömək edən meyvələrdən biridir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1138   Tarix: 13 may 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

maskalar qadin sayti sac duzumleri intim məktəb is qurmagin yollari qadın parfumeriya kabab reseptləri kosmetika veten seirleri sağlamlıq novruz bayramina aid hakista sevgi gülməli hakıştalar