Ağdam məcburi köçkünləri BƏYANAT YAYDI: Biz imkan vermərik ki, ... - TAM MƏTN
Ağdam rayonunda bir qrup özünü məcburi köçkün kimi təqdim edən şəxslərin sosial mediada yaydığı informasiya Ağdam məcburi köçkünlərini özündən çıxardıb.
BiG.AZ-a daxil olan bəyanatda bildirilir ki, yayılan informasiyalar tamamilə yalnışdır, bir qrup şəxs insanları dövlətə qarşı qaldıraraq təxribat yaratmağa cəhd edirlər və həmin məlumatı yayanlar yerli sakinlər olmaqla məcburi köçkün statusu olmayan şəxslərdir.
Sözügedən bəyanatı sizə təqdim edirik.
Bildirmək istəyirik ki, Ağdam rayon sakini Xəyyam Salmanzadə ilə birlikdə 18 avqust tarixində Ağdamlı məcburi köçkünlərinin adından yalan müraciət yayıb. Həmin yazıda adları çəkilən Nəsirov Yavər Misir oğlu və Süleymanov Möhübbət Süleyman oğlu ümumiyyətlə məcburi köçkün deyillər.Quliyev Misir Şura oğlu isə Ağdam rayonu ərazisində dövlət tərəfindən məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə mənzillə təmin edilmiş və hazırda orada yaşayır.
Qeyd etmək istəyirik ki, Xəyyam Salmanzadə məcburi köçkünlər üçün salınmış qəsəbəyə getmiş, Quliyev Misir Şura oğlu və digər məcburi köçkünlərlə görüşmüş, orada məcburi köçkünləri dövlətçilik əleyhinə çevirmək, onların arasında dövlətə qarşı süni şəkildə narazılıq yaratmaq kimi fikirlər səsləndirmiş və sakinləri bu işə cəlb etməyə cəhd göstərmişdir. Bu cür çirkin əməllərindən sonra Ağdam məcburi köçkünləri adından yalandan müraciət hazırlayaraq bəzi saytlarda yerləşdiriblər və qeyd ediblər ki, guya məcburi köçkünlər redaksiyaya müraciət göndəriblər.
Bütün bu hərəkətlər Ağdam rayonundan olan biz məcburi köçkünlərin çox ciddi narahatlığına səbəb olmuş və bu cür əməlləri törətmiş Xəyyam Salmanzadənin dövlətin aidiyyəti qurumları tərəfindən cəzalandırılmasını tələb edirik.
Onu da bildiririk ki, biz məcburi köçkünlər həmişə dövlətə, ölkənin Prezidentinə sadiq olmuşuq və ölkəmizdə olan sabitliyi və dövlətimizin inkişafını gözü götürməyən bu cür müxalifət qüvvələrinin bizim adımızdan istifadə etmələrinə heç vaxt imkan vermərik.
Ağdam rayonu məcburi köçkünləri və ziyalıları adından Rayon Aqsaqqallar Şurası.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin