Ağır qəzada komaya düşən Sevincin FACİƏVİ SONU - VİDEO
Sentyabrın 5-də Bakının Sabunçu rayonunda ağır yol qəzası zamanı komaya düşən 4 nəfərdən biri dünyasını dəyişib.
Xanim.az report-a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı müalicə aldığı 3 saylı Kliniki Tibbi Mərkəzdə komadan ayılmayaraq dünyasını dəyişib. Qeyd edək ki, qəza Kürdəxanı qəsəbəsində baş verib. "90-NF-513" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən "188" evakuator xidmətinə məxsus "90-JZ-887" dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşınına arxadan çırpılıb. Hadisə "MAN" dönmə əməliyyatı edərkən baş verib.
Nəticədə "Mercedes"də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib. Daha 4 nəfər isə yaralanaraq 1-ci dərəcəli koma vəziyyətinə düşüb. Hazırda yaralılardan 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlunun da vəziyyəti olduqca ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.











Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin