Ağız qoxusuna səbəb nədir? - Araşdırma

Ağız qoxusuna səbəb nədir? - Araşdırma85-90% hallarda ağızda pis qoxu ağız boşluğunda olan problemlərdən qaynaqlanır. Qoxunun intensivliyi gün ərzində fərqli ola bilir. Adətən, səhərlər ağızda iyi daha çox olur. Ağızda iyi bəzi qidalardan (soğan, sarımsaq, ət, balıq, pendir və s.), köklük, siqaret və ya alkoqol qəbulundan da qaynaqlana bilir. Bəzən isə ağızda iyi keçici olur və yeməkdən və ya diş fırçaladıqdan sonra əmələ gəlir və tez də itir. Ağız iyinin xarakteri əsas səbəbdən aslı olaraq fərqli ola bilir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, dil üzərində qoxu törədən bakteriyaların çoxalması,metilmerkaptan və hidrogen sulfit (ingiliscə, methylmercaptan və hydrogen sulfite) buxarının formalaşması ağızda iyin əsas səbəblərindəndir.  
Tədqiqatçıılar bildirib ki, Amerikada yaşlı əhalinin 2,4%-i ağızda pis qoxunun olmasından şikayətlənir. 25% hallarda ağızda pis qoxunun olması davamlı xarakter ala bilər. Bu isə həmin insanların həm şəxsi, həm də iş həyatlarında ciddi problemlər yaradır. Ağızda davamlı olaraq pis qoxunun olması insanlarda daimi stress yaradır və onlarda özünə güvənin azalması ilə nəticələnə bilər.
Ağızdan qoxunun gəlməsinin fərqli səbəbləri mövcuddur:
Qida
Qida hissəciklərinin ağız boşluğunda və dişlərin ətrafında qalması və parçalanması pis iyi yaradır. Efir yağına malik qidaların qəbulu ağızda pis iyin digər səbəbidir. Efir yağları müxtəlif bitkilərdən alınır və bunları aşağıdakıları nümunə göstərmək olar: dəfnə, evkalipt, şam, zeytun, qızılgülü, jasmin, kərəviz, sidr ağacı və s. Soğan və sarımsağın ağızda iyi yaratması hamıya bəlli olan bir fakdır. İyi yalnız qida qalıqlarının ağız boşlüğunda qalmasından deyil, həm də qeyd edilən yağların qana sovrulması və ağciyərlərə daşınması ilə bağlıdır. Bu yağlar ucucu olduğu üçün ağciyərlərdən xaric olur və tənəffüs zamanı ətrafa yayılır. Soğan və sarımsaq onların qəbulundan 72 saat sonra belə ağızda qoxu yaradır.
Diş problemləri
Dişə düzgün gigyenik xidmətin göstərilməməsi və dişətrafı toxumalarda xroniki iltihabın olması ağızda pis qoxunun əsas səbəblərindəndir. Əgər dişinizi hər gün yumur və  fırçalamırsınızsa qida hissəcikləri ağız boşluğunda qalır və qoxu törədən bakteriyaların çoxalmasına və metilmerkaptan və hidrogen sulfit (ingiliscə, methylmercaptan və hydrogen sulfite) buxarının formalaşmasına gətirib çıxarır.  Zaman keçdikcə bakteriyalar diş üzərində rəngsiz təbəqə əmələ gətirir. Əgər bu bakterial təbəqə qalmaqda davam edirsə damaqlarınızı qıcıqlandıraraq iltihab yaradır (qinqivit) və hətta irinliyin əmlə gəlməsi ilə nəticələnə bilir. Bakterial təbəqə diş və damaq arasında cibciklər də yarada bilir ki, bu periodontit adlanan xəstəlyin yaranmasını şərtləndirir. Diş sırasının düzülüşündə problemin olması da qoxu törədən bakteriyalar və qida hissəciklərinin toplanmasına şərait yaradır.     
Ağızda quruluq
Ağız suyu ağız boşluğunun islanması və təmizlənməsində əsaslı rol oynayır. Ağızın quru olması ölmüş hüceyrələrin dil, damaq və yanaqda toplanıb qalmasına  səbəb olur ki, bu da sonradan onların parçalanaraq iyi törətməsinə səbəb olur. Ağızda quruluq normal fizioloji hallarda yatan zaman qeyd olunur. Məhz bu səbəbdən də bəzən səhərlər ağızda qoxu olur. Bəzi dərmanlar və siqaret çəkmə ağızda xroniki quruma yaradan səbəblərdəndir.
Xəstəliklər
Xroniki ağciyər xəstəlikləri və ağciyər absesi ağızda çox dözülməz  qoxuya səbəb ola bilir. Xərçəng və metobolik pozğunuqlar ağızdan spesifik iyin gəlməsinə səbəb ola bilər. Məsələn, böyrək çatışmazlığı sidik qoxulu nəfəs yarada bilir. Qraaciyər çatışmazlığı zamanı "balıq qoxulu" nəfəs qeyd olunur. Nəzarət edilməyən şəkərli diabet meyvə iyisini xatırladan iyi verə bilər. Qastroezofageal Reflüks Xəstəliyi (QERX) zamanı da ağızdan iyi qeyd edilir.
Ağız, burun və boğaz xəstəlikləri
Burunətrafı ciblərin infeksiyaları ilə əlaqədar olaraq burun axıntısı geri qırtlağa da keçə bilir və ağızda iyi törədə bilir. Uşağın ağızından pis qoxunun gəlməsi onun burunun da yad cismin qalması üzündən yarana bilər. Qırtlaq infeksiyaları da tam təmizlənənə qədər nəfəsin qoxulu olmasına səbəb ola bilir. Bronxitlər və digər yuxarı tənəffüs yolu infeksiyaları da ağızdan pis qoxunun əmələ gəlməsinin digər səbəblərindəndir.
Tütün məmulatları
Siqaret çəkmə ağız boşluğunu qurudur və ağızda qoxunun yaranmasına səbəb olur. Tütün məmulatlarını istifadə edənlər də periodontal diş xəstəliklərinin əmələ gəlmə ehtimalı yüksəkdir.
Ciddi pəhriz
Ciddi pəhriz saxlayan insanlarda ketoasidoz üzündən ağızda meyvə iyili qoxu yarana bilər.
Həkimə nə zaman müraciət etməli
Bir çox hallarda ağızda iyi adi gigyenik qaydalara əməl etməklə aradan qaldırıla bilər. Əgər ağızda iyi gigyenik tədbirlərlə aradan qalxmırsa, bu zaman həkimə müraciət etməniz tövsiyyə olunur.  
Evdə nə etməli
Bir çox hallarda qidalanma və həyat tərzini dəyişməklə həkimə müraciət etmədən belə ağızda pis qoxudan qurtula bilərsiniz.  Aşağıdakıları tövsiyyə edə bilərik:
-Hər yeməkdən sonra dişlərinizi yuyun. Diş fırçanızı işdə də saxlayin və günorta yeməyindən sonra dişinizi qisaca fırçalayın.  Çalışın gün ərzində heç olmasa iki dəfə 2-3 dəqiqəlik dişlərinizi fırçalayın.
-Dişarasından qida qalıqlarını təmizləyin. Çalışın gün ərzində heç olmazsa bir dəfə dişlər arasında qalan qida qalıqlarını təmizləyin. Protez istifadə edirsinizsə buna daha çox diqqət yetirməniz gərəkdir.  
-Dilin üzərini təmizləyin. Dilin üzərini tez-tez təmizləyin. Bununla ölmüş hüceyrələr, bakteriya və qida qalıqları təmizlənmiş olur. Dilin üzərini təmizləmək üçün xüsusi fırçalar satılır. Bakteriyalar daha çox dilin arxa hissəsində toplanmağı xoşladığı üçün bu hissənin təmizlənməsinə xüsusilə doqqət verin.
-Çoxlu su için. Çoxlu su qəbulu ağız boşluğunun nəm saxlanmasına və dil üzərində qalan qida qalıqları və bakteryiların yuyulub aparılmasına kömək edir. Saqqız çeynəmə ağız suyu vəzilərini qıcıqlandırır və ifraz edilmiş ağız suyu qida qalıqları bə bakteriyaları yuyur.    
-Diş fırçanızı tez-tez dəyişin. Bir diş fırçasından uzun müddət istifadə etdikdə onn keyfiyyəti düşür və təmizləmə qabiliyyəti azalır. Odur ki, tövsiyyə olunur ki, 3 aydan bir dəyişməklə yumşaq fırçalardan istifadə edin.
-Mütəmadi diş həkimində profilaktik yoxlama. Ən azı ildə iki dəfə diş həkimində profilaktik müayinədə olun. Müayinə zamanı lazım gələrsə həkiminiz dişlərin dibini təmizləyə bilər.
-Gün ərzində nanəli konfetlərdən istifadə edin. Nanəli konfetlərin sovrulması ağızdan pis iyin gəlməsinin qarşısını alır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1451   Tarix: 04 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geymler 2026 geyim necə seçməli aksessuarlar karolın ve gızlı dunya ızle qış salatları konservləşdirilmiş məhsullar dirnaq ucun maskalar kosmetika novruz hakısdası toyuq salati dieta cinsi elaqe ariqlamaq