Ağız təmizliyində sarımsaq satışdakı qarqara vasitələrindən daha təsirlidir - ARAŞDIRMA

Ağız təmizliyində sarımsaq satışdakı qarqara vasitələrindən daha təsirlidir - ARAŞDIRMAYeni elmi araşdırma sübut edir ki, sarımsaq ekstraktı ağız sağlığında "qızıl standart" sayılan kimyəvi tərkiblərlə rəqabət apara bilər. Üstəlik, sarımsaq antibiyotik müqaviməti riskini də azaldır.
Milli.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Şarja Universitetinin tədqiqatçıları sarımsağın bakteriyalarla mübarizə qabiliyyətini araşdırıblar. "Journal of Herbal Medicine" jurnalında dərc olunan nəticələrə görə:
Sarımsaq ekstraktlı məhlullar diş çürüməsinə səbəb olan Mutans Streptococci bakteriyasını yox etməkdə hazırda istifadə edilən xlorheksidin əsaslı qarqaralardan daha effektivdir.
3%-lik konsentrasiyaya çatdıqda sarımsaq bazardakı ən güclü kimyəvi təmizləyiciləri üstələyir.
Alimləri bu araşdırmaya sövq edən əsas amil kimyəvi qarqara vasitələrinin (xüsusən xlorheksidin) yan təsirləridir:
Uzunmüddətli istifadə dişlərdə qalıcı ləkələr yaradır.
Antibiyotik müqaviməti - bakteriyalar zamanla bu kimyəvi maddələrə qarşı dözümlülük qazanır ki, bu da qlobal sağlamlıq üçün ciddi təhlükədir.
Roma, Misir və Çin kimi qədim sivilizasiyalarda sarımsağın dərman kimi istifadə edilməsinin sirri onun tərkibindəki alisin birləşməsidir. Sarımsaq əzildikdə və ya doğrandıqda ortaya çıxan bu maddə bakteriyaların çoxalmasını dayandırır və hüceyrə stressini azaldır.
Təbii ki, sarımsaqdan istifadənin bəzi çətinlikləri də var. Tədqiqatda iştirak edənlər aşağıdakı hallardan şikayət ediblər:
Kəskin dad və ağız qoxusu;
Ağızda acı/ədviyyatlı yanma hissi.
Mütəxəssislər qeyd edirlər ki, dişlərin ləkələnməsi kimi qalıcı fəsadların yanında bu yan təsirlər "yüngül" hesab olunsa da, insanların ağız qoxusuna görə bu üsulu qəbul edib-etməyəcəyi hələ də müzakirə mövzusudur.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1439   Tarix: 29 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

kosmetika mehsullari adlarin menasi reseptler sirin gilas qızartma hamilelik xiyar tutmasi hazirlanmasi kosmetika oglaq vətənə aid atalar sözləri novruza aid hakisdalar google azerb clpaq qadinlari