Ağrının əhəmiyyəti

Ağrının əhəmiyyətiAğrı toxumaların üzvi və funksional dəyişikliklər törədən zədələyici amillərin təsiri nəticəsində yaranan mürəkkəb psixomator vəziyyətdir. Digər hissi reseptorlardan fərqli olaraq ağrı reseptorları üçün müəyyən bir spesifik qıcıqlandırıcı yoxdur. O, hər hansı bir qüvvətli qıcıqlandırıcının təsiri ilə yarana bilər. Əslində ağrı hissinin olması insan üçün əhəmiyyətli sayılır. Belə ki, ağrının olması orqanizmdə təhlükənin olmasından xəbər verir. Ağrının baş verməsi nəticəsində onu əmələ gətirən amil dəf edilir. Ağrı çox vaxt xəstəliyin ilk və bəzən tək əlaməti olmaqla, xəstəni həkimə getməyə vadar edir və xəstəliyin diaqnostikasının tapılmasına yardım edir.
Xəstəliyin ağırlıq dərəcəsi ilə ağrı hissinin qüvvəsi həmişə bir-birinə müvafiq gəlmir. Bəzi hallarda orqanların ağır zədələnmələri, zəif ağrı hissi ilə müşayiət oluna bilir. Bəzən də çox da təhlükəli olmayan zədələnmələr qüvvətli ağrılarla müşayət edilir.
İnsanda ağrı hissini obyektiv qiymətləndirmək olduqca çətindir. Onun ağırlıq dərəcəsi bir sıra amillərdən asılıdır. Xəstənin ali sinir fəaliyyətinin tipi, psixo-emosioanl vəziyyəti və bir sıra xarici mühit amilləri ağrı hissinin intensivliyinə təsir edir. Bəzi psixi pozğunluqlar (şizofreniyanın bəzi formaları), beynin alın payının zədələnməsi, alkohol sərxoşluğu ağrı hissinin itirilməsinə səbəb olur.
Xəstənin subyektiv hissiyyatına görə ağrının aşağıdakı növləri ayırd edilir:
- küt ağrı
- deşici ağrı
- kəsici ağrı
- üzücü ağrı
- yandırıcı ağrı və s.
Ağrı normal və patoloji proseslərlə əlaqədar ola bilir. Patoloji proseslərlə əlaqədar olan ağrılara simptomatik ağrılar deyilir. Simptomatik ağrılar somatik və visseral olmaqla 2 yerə bölünür. Somatik ağrı özü də səthi və dərin olmaqla 2 hissəyə bölünür.
Yaranma sürətinə görə ağrılar erkən və gecikmiş olur. Dərin somatik ağrıların ən geniş yayılmış növü baş ağrılarıdır. Dərin ağrı adətən küt olur və adətən ətraf toxumalara irradiyasiya edir. Ağrılar bəzən orqanizmdə müxtəlif patoloji dəyişikliklərə səbəb ola bilir. Belə ki, ağrının sayəsində ürəkbulanma, tərləmə, arterial təzyiqin enməsi və ya qalxması baş verə bilir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1042   Tarix: 23 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

aksessuarlar geyim necə seçməli toy gecesi balıqlar bürcü islamda hicab bilincik resepti uşaqlara yemək hazırlama kosmetika geyim hamilelik nağıllar yutube vetene aid atalar sozu