Ailədə mehriban olmaq üçün tövsiyələr

Ailədə mehriban olmaq üçün tövsiyələrHəyat yoldaşınıza hörmət edin. Həyat yoşdaşlarınızı əziz tutun. Xanımların əziz olmağa həmişə ehtiyacları vardır. Bu, həyat yoldaşları üçün birinci vəzifə olmalıdır. Yəni, elə iş görməlidir ki, xanımı onu sevdiyini bilsin.

Kişilər isə həmişə xanımları tərəfindən hörmət edilməyə ehtiyac duyarlar. Evə gələn zaman istəyirlər ki, ən azı bir nəfər bu həyatda onun ləyaqətli bir insan olduğunu qəbul etsin. O zaman ki, əriniz evə gəlir, telefonu söndürüb, onu qarşılamağa gedin.

Bir-birinizlə yaxşı dost kimi rəftar edin.

Ərlə arvad gərək bir-birinin dostu olsun. Əsl dostluq budur ki, iki tərəf qarşı tərəfin hiss və ehtiyaclarına ehtiram qoysun. Yəni, hər nə sənin üçün mühümdürsə, mənim üçün də mühümdür. Həyat yoldaşınız həqiqi bir dostu olduğunu bilməlidir.

Dörd qızıl əməl.

Dörd qızıl əməli yadınızda saxlayın: qulaq asmaq, razılaşmaq, qurucu olmaq, təşəkkür etmək.

Qulaq asmaq: Bu əməl problemləri həll etmək üçün mühümdür. Həyat yoldaşınıza icazə verin ki, sözünü axıra qədər desin və sözünü ortada kəsməyin. Sonra dediklərini təkrar edin. Bu qarşı tərəfi əmin edəcəkdir ki, sözlərinə dəyər verilir.

Razılaşmaq: Problemlərinizi elə həll edin ki, iki tərəf də razı qalsın. Sizlərdən heç biri məcbur qaldığı üçün qarşı tərəfin rəyini qəbul etməməlidir. Qəbul etdiyiniz rəy hər iki tərəfin razılığı ilə olmalıdır.

Qurucu olun: Əgər qarşı tərəfə ruhi zərbə vurmusunuzsa, gərək bu qəlb sındırmanı aradan qaldırasınız. Gərək qurucu olasınız. Qəzəb və əsəbəlikdən uzaq olun. Çünki qəzəb kin və kidurəti artırar.

Təşəkkür edin: Heç bir zaman lazımlı şəkildə həyat yoldaşınıza təşəkkür edə bilməzsiniz. Çalışın ki, sizin üçün gördüyü hər bir işə görə təşəkkür edəsiniz.

Həyat yoldaşınız sizin üçün birinci sırada durmalıdır. Valideynləriniz, övladlarınız, dostlarınız, qohumlarınız sonrakı sırada olmalıdır. Ailə divarlarınızı möhkəm edin ki, evliliyə dəyər verdiyinizi hiss edə bilsin. Heç bir zaman icazə verməyin ki, bu divar zəifləsin.

Valideynlərinizin, övladlarınızın ehtiyacını ödəməkdən əvvəl həyat yoldaşınızın ehtiyacını ödəyin. Bir-birinizə müəyyən vaxt ayırın.

Hər gün həyat yoldaşınızı sevindirməyə çalışın. Bunu bir gül, bir söz, bir hədiyyə, bir təbəssümlə edə bilərsiniz. Bu işi hər gün təkrar etməyə çalışın.

Ailə və Uşaq     Baxılıb: 29386   Tarix: 19 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

turlar.az

sac duzumleri donlar 2026 qis geyimləri 2026 sifahi xalq edebiyyati haqqinda aybaşı qadın döşü babil baglari kosmetika veten ariqlamaq nağıllar birlik lakonizim