Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının 1-ci ayında körpənin inkişafıHəyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır.
Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur.
Yeni doğulmuş körpələrin özəllikləri
- Anayam.az bildirir ki, yeni doğulmuş körpənin çəkisi ümumilikdə 2,5 – 4,5 kq arasında dəyişir. Aylıq minimum 500-600 qr kilo almaları normaldır.
- 1 aylıq körpələr gündə orta hesabla 16-19 saat arası yatarlar ancaq oyaq qaldıqları müddət zamanla artar.
- Əgər hər hansı bir problem yoxsa uşağınızı ilk ay mütləq ana südü ilə bəsləməlisiniz. Hər ananın südü öz körpə üçün əvəzsiz olaraq formula edilmişdir. Bu üzdən hər körpə ilk 6 aylıq dövrdə ana südü bütün qidalanma ehtiyacını ödəyir. Tez-tez əmizdirmək südün artmasında da ən böyük amildir. Körpəmin qarnı doyurmu kimi sual yaşayan valideynlər ifrazat və sidiyə nəzarət etməlidirlər. Bir aylıq körpə, gündə 4-5 dəfə ifrazat edirsə o körpə doyur. İfrazatları qatı deyil, maye konsistensiya olmalıdır.
- Birinci ayın sonunda balaca artıq tədricən embrion vəziyyətindən çıxaraq, fəal hərəkət edir, əl və ayaqlarını oynadır. Onun bütün hərəkətləri balanssızdır, lakin tədricən onlar daha koordinasiyalı olur. buna hələ 2-3 ay lazım olacaq.
- Bəzi 1 aylıq uşaqlar qarın üstə uzandıqda, başlarını azca qaldıra bilir. Onu şaquli vəziyyətdə saxladıqda, körpə bir müddət başını saxlaya bilir. Lakin hələ ki, baş və boyun əzələləri tam inkişaf etmədiyindən başlarını nəzarət edə bilmirlər. Bu məsələdə onlara yardımçı olmalısınız.
- Körpə qarın üstə uzandıqda o, baş və arxasını eyni zamanda bir azca qaldırmağı bacarmalıdır. Əgər bu zaman əlinizi onun dabanının altına söykəsəz, o ayağını əlinizə sıxaraq, bir neçə santimetr irəli gedəcək.
- Uşağın həyatının ilk dörd həftəsi ərzində o ananın səsini digər səslərdən fərqləndirməyi bacarır. O ananın toxunuşunu, qoxusunu gözəl bilir. Tez-tez uşağınızı qucağınıza alıb onu çox sevdiyinizi, mahnı və layla dedikdə həm onu çox xoşbəxt edərsiniz, həm də güvən duyğusunu inkişaf etdirmiş olarsınız.
- Körpə görə bildiyi hər şeyi nüsxələyir. Ona tez-tez gülümsəyin və o tez bir zamanda, sizin təbəssümünüzə təbəssümlə cavab verəcək. Və bu yenidoğulmuşun qeyri-ixtiyari təbəssümü deyil, artıq məhz sizə ünvanlanmış, dərk edilmiş hərəkəti olacaq.
- 1 aylıq körpələr, təxminən 15-30 sm məsafə görürlər və hərəkət edən cismləri yaxınlaşdıranda gözləri ilə qısa bir müddət təqib edirlər. O səslərə cavab olaraq, səsin gəldiyi tərəfə başını çevirir.
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 17635   Tarix: 21 avqust 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

turlar.az

adlarin menasi kosmetoloq maskalar necə tez arıqlayım pirojna reseptləri qadın müdafiəsi xiyar tursusu kosmetika badambura sağlamlığa aid atalar sözləri burclerin uyumu kahfe kali maya maskasi