Aktiv xəstəyə peyvənd olmaz, xəstəliyi keçirənlərdə antitel yaranıbsa, onların peyvəndə ehtiyacı yoxdur

Aktiv xəstəyə peyvənd olmaz, xəstəliyi keçirənlərdə antitel yaranıbsa, onların peyvəndə ehtiyacı yoxdurVaksinasiya COVID-19-dan qurtuluş yoludur. Dünyada pandemiyaların bitməsinin üç yolu var: ya virus öz-özünü öldürəcək qədər mutasiyaya uğramalı, ya kollektiv immunitet formalaşmalı, yəni bunun üçün dünya əhalisinin 70-80 faizi xəstəliyi keçirib immunitet əldə etməli, ya da ən effektiv və perspektiv yol hesab olunan vaksinasiya tətbiq olunmalıdır. Virusun öz-özünü öldürəcək dərəcədə mutasiyası, hələ ki, mümkün deyil.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
İnfeksionist bildirib ki, bəzi mutasiyalar qeydə alınsa da, ilk mülahizələrə görə, onlar yoluxmanın daha sürətlə artması istiqamətindədir: "Lakin həmin mutasiyaların daha nələrə səbəb olacağı araşdırılmayıb. Vaksinasiya bu məsələdə çox önəmlidir. Bu günə qədər vaksinasiya ilə kökü kəsilən xəstəliklər az deyil-çiçək, difteriya və s.
Ölkəmiz də vaksinasiyaya hazırlaşır. Dünyada üçüncü fazanı tamamlamış bir neçə vaksin var. Əsas diqqət yönləndirilən 5 vaksin mövcuddur. Onlardan ikisinin təsir mexanizmi təxminən eynidir. Digərləri isə fərqli təsir mexanizmi ilə effektini göstərir".
Onun sözlərinə görə, vaksinasiya bizim süni yolla immunitet əmələ gətirməyimizə xidmət edən tətbiqdir: "İmmunitet iki yolla yarana bilər - ya xəstəliyi keçirərək, yəni təbii yolla, ya da vaksinlər vasitəsilə süni yolla. Vaksinlərin təsir mexanizmləri immun sisteminin cavabı qiymətləndirilərək fərqli yollarla hazırlanır. Peyvəndlərin nəzərəçarpmayacaq dərəcədə yan təsirləri var. Bu, illərlə tətbiq olunan vaksinlərə də aiddir. Bunlar keçici və təhlükə yaratmayacaq təsirlərdir. İnsandan-insana fərqli təsir göstərə bilər. Həmin təsirlər yerli və ya sistemik təsirlər ola bilər. COVID-19 vaksinlərinin bəzilərində üçüncü fazada ciddi yan təsirlər aşkarlandı. Buna görə onların tədqiqatları dayandırıldı. Hazırkı vaksinlərin effektivliyinə və təhlükəsizliyinə istehsalçılar zəmanət verir. TƏBİB nəzdində Elmi Komitə və Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələləri ciddi nəzarətdə saxlayır. Təhlükəsizliyi və effektivliyi yüksək olan vaksinin əldə olunub tətbiqi planlaşdırılır.
Araşdırmalarda koronavirusu- SARS-CoV-2 virusunu təbii yolla keçirənlərin minimal üç ay qoruyuculuğu göstərilib. Bəzi statistik rəqəmlərə görə, xəstəliyi keçirənlərdə 6 ay sonra təkrar yoluxmanın min nəfərdən ikisində rast gəlindiyi aşkarlanıb. Bununla bağlı kifayət qədər araşdırma aparılmasa da, xəstəliyi keçirəndən üç ay sonra təkrar yoluxma halı çox yüksək deyil".
Həkim-infeksionist bildirib ki, vaksinlərin qoruyuculuğu onun növündən, xəstənin yaşından, yanaşı xəstəliklərin olub-olmamasından, immun statusundan asılı ola bilər. Çünki eyni peyvənd hər kəsdə eyni cavab əmələ gətirmir: "Bunu xəstəliyi təbii yolla keçirənlərdə də görə bilirik. Ya onların bir qismində antitel yaranmır, bəzilərində çox az, digərlərində çox yüksək antitel miqdarı qeydə alınır. Bu, şəxsin immun sisteminin cavabvermə qabiliyyətinə bağlıdır. İnaktiv şəkildə də olsa, güclü immun cavab formalaşmasa belə, təmas yaddaş hüceyrələrinin aktivləşməsinə və qoruyuculuğun təmin olunmasına kömək edir.
Peyvəndlər tərkibcə və təsir mexanizmlərinə görə fərqlidir. Əsas təsir mexanizmi insanın antitel yaratma qabiliyyətini aktiv etməkdir. Məsəl üçün, Çinin istehsal etdiyi "Sinovac" inaktiv bir peyvənddir. Yəni öldürülmüş virusun proteinləri və bəzi komponentləri vücuda yeridilir və hüceyrələrimiz o virusu görüb ona qarşı immunitet, antitel cavabı formalaşdırır. Ümumiyyətlə, hazırlanan vaksinlərdə 90-95 faiz, hətta ondan çox effektivlik təqdim edilir.
Peyvəndləmədən sonra şəxsin evdən çölə çıxmaması və başqaları ilə təmasda olmamasına dair qayda yoxdur. Bəzi peyvəndlərdə lokal təsirlərdən qorumaq, yerli iltihabi cavab yarana bildiyini nəzərə alaraq peyvənd olunan yeri qıcıqlandırmamaq üçün təhrikedici maddələrlə - spirt, odekolon kimi maddələrlə toxunmamaq məsləhət görülür. Təmas məsələsi heç bir peyvənddə tətbiq olunmur. Xüsusilə, cansız və ya reproduktiv RNT üzərindən təsir göstərən vaksinlə peyvənd olunanların digərləri ilə təmasında heç bir problem yoxdur. Peyvəndləmədən öncə hər kəs hazırda COVID keçirib-keçirmədiyini yoxlamalıdır. Aktiv koronavirus xəstəsinə peyvənd əks göstərişdir. Çünki təbii immunitetin əmələ gəlmə ehtimalı prosesi daha da dərinləşdirə bilər. Xəstəliyi keçirmiş şəxslərin immuniteti varsa, antitel yaranıbsa, onların da peyvənd olunmasına ehtiyac yoxdur. Xəstəliyi uzun müddət öncə keçirib hazırda heç bir antiteli olmayanlarda peyvənd tətbiq edilə bilər, bunun zərəri olmaz. Canlı peyvəndlər zamanı bəzi immunsupressiv xəstələrlə, immun sistemi zəifləyən xəstələrlə təmas qadağan oluna bilər.
Bəzi ölkələr kütləvi peyvəndləməyə başlayıblar, hələ ki, əldə olunan nəticələr ürəkaçandır - 92, 95, 97 faiz effektivlikdən bəhs edilir. Bu, yaxın tarixlərin nəticələridir. Altı ay, bir il sonra peyvəndin qoruyuculuq nəticələrinin necə olacağı ilə bağlı rəqəmlər dəyişə bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1859   Tarix: 09 yanvar 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

kosmetik vasiteler maskalar qaşların formalari vaginal quruluq qohum evlilik vaginal təmizlik ləkələr kosmetika oxu az aydin sani dieta kahfe fali aslan