Aktrisa xanımından ayrılan rejissor Fuad Əlişov ikinci dəfə evlənməsindən danışdı - FOTO
Həyat yoldaşından ayrılandan sonra mediadan uzaq gəzib-dolanan tanınmış rejissor Fuad Əlişov film təqdimatlarının birində fotokameramıza tuş gəlib.
Missiya.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən rejissor daha klip çəkilişləri ilə məşğul olmadığını deyib:
"O işə son verdim, çünki kliplər dəbdə deyil. Yalnız reklam çarxları çəkməklə məşğulam".
Fuad Əlişov şəxsi həyatından da danışıb.
"Deyilənə görə, sizin ayrılığınıza səbəb xəyanət olub", sualını rejissor belə cavablandırıb:
"Bu barədə heç nə demək istəmirəm. Siz bu sualın cavabını məndən ala bilməyəcəksiz".
"Bəs nə vaxtsa barışa bilərsiniz", sualına da rejissor konkret cavab verib:
"Mən uşaqlarımla vaxtaşırı görüşürəm, qaldı ki, barışığa bu, mümkün deyil. Nə barışıq, artıq hisslər bitib".
İkinci dəfə evlənib-evlənməməyə gəlincə isə, rejissor "evlənsəm, hamınız biləcəksiniz" deyə cavab verib.
Xatırladaq ki, cütlük 2007-ci ildə ailə həyatı qurmuşdu. Onların bu evlilikdən 3 övladı var.











Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz