Albinizm nədir? - Səbəbləri və müalicəsi

Albinizm nədir? - Səbəbləri və müalicəsiAlbinizm dərinin, saçların və gözün qüzehli qişasının piqmentasiyasının tam və ya natamam pozulması ilə xarakterizə olunan irsi patologiyalar qrupudur.Xəstəliyin əsas simptomları çox açıq rəngli dəri və saçlar, mavi və ya qırmızımtıl rəngli gözlərdir. 
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu hal milliyyətindən və irqindən asılı olmayaraq istənilən insanda meydana çıxa bilər. Lakin albinizmin rastgəlmə tezliyi müxtəlif xalqlarda fərqlidir.Əvvəllər albinizmin yalnız iki formasını (göz və dəri-göz) ayırd edirdilər. Lakin müasir genetika patologiyanı azı 7 müxtəlif tipə ayırır. 
Yaranma səbəbləri
Albinizmin inkişafının əsas səbəbi tirozin amin turşusunun metabolizminin pozulması, nəticədə melanin piqmenti sintezinin və toplanmasının tam blokadası və ya zəifləməsidir. Bu vəziyyətə melaninin əmələ gəlmə prosesində birbaşa və ya dolayı iştirak edən genlərin müxtəlif mutasiyaları gətirir.
Albinizmin hər bir tipi melaninin nəinki dəri və saçlardan, həm də görmə aparatından - gözün qüzehli qişası və piqmentli qatında olmaması ilə xarakterizə olunur. Bu, refraksiyanın pozulmasına, buynuz qişanın bulanıqlaşmasına, astiqmatizmə, çəpgözlüyə, torlu qişanın foveolyar hipoplaziyasına gətirib çıxarır. Albinizmin yalnız gözlərin zədələnməsi ilə gedən forması da mövcuddur. Həmin forma albinizmin göz tipi adlanır. Göz albinizminin daha geniş yayılmış forması resessiv yolla və X xromosomu ilə əlaqəli ötürülür. O, göz melanositlərinin G-zülalının reseptorunu kodlaşdıran GPR143 geninin mutasiyası ilə əlaqəlidir. 
Albinizmin hər bir tipi melaninin nəinki dəri və saçlardan, həm də görmə aparatından - gözün qüzehli qişası və piqmentli qatında olmaması ilə xarakterizə olunur. Bu, refraksiyanın pozulmasına, buynuz qişanın bulanıqlaşmasına, astiqmatizmə, çəpgözlüyə, torlu qişanın foveolyar hipoplaziyasına gətirib çıxarır. Albinizmin yalnız gözlərin zədələnməsi ilə gedən forması da mövcuddur. Həmin forma albinizmin göz tipi adlanır. Göz albinizminin daha geniş yayılmış forması resessiv yolla və X xromosomu ilə əlaqəli ötürülür. O, göz melanositlərinin G-zülalının reseptorunu kodlaşdıran GPR143 geninin mutasiyası ilə əlaqəlidir. Nəticədə melanosomların formalaşması prosesi pozulur, bu da göz albinizminin inkişafının səbəbidir. 1970-ci ildə bu xəstəliyin autosom-ressessiv forması aşkar olunmuşdur; lakin bu tipin patogenezi hələ də müəyyənləşdirilməyib. Belə pasientlərin bir hissəsində (14%) alb-OCA1В geninin mutasiyası, digərlərində (36%)  P-zülalının pozulması aşkar olunub. Autosom-ressessiv göz albinizmi ilə xəstə olan pasientlərin, demək olar ki, yarısında xəstəliyin genetik səbəbini aydınlaşdırmaq mümkün olmayıb.
Albinizmin təsnifatı
- 1А tipli göz-dəri albinizmi. Səbəbi alb-OCA1 geninin nonsense mutasiyasıdır. Nəticədə genin ekspressiyası "sönür". Beləliklə, orqanizmdə tirozinazanın sintezi tamamilə dayanır.
- 1Вtipli göz-dəri albinizmi. Bundan öncəki kimi alb-OCA1 geninin mutasiyası ilə bağlıdır. Lakin bu zaman genin ekspressiyası mümkündür. Nəticədə aktivliyi müxtəlif dərəcəli olan defektli tirozinaza fermentləri sintez olunur. Albinizmin bu formasının təzahürlərinin ifadəliliyi gen mutasiyasının tipindən asılıdır.
- Temperatura həssas göz-dəri albinizmi- 1B tipinin növüdür. Tirozinazanın temperaturdan asılı olan dəyişkən aktivliyi ilə xarakterizə olunur. Dəri təzahürləri mülayim, oftalmoloji pozulmalar isə güclü büruzə verə bilər. Bu albinizmin xüsusiyyətləri gözlərin temperaturunun daha yüksək olması ilə bağlıdır; bu zaman gözlərdə tirozinazanın aktivliyi daha az olur.
- İkinci tip göz-dəri albinizmi. Melanosomların hüceyrədaxili membranlarının P-zülalını kodlaşdıran genin mutasiyası ilə bağlıdır. Nəticədə tirozinin hüceyrədə transportu pozulur və melanin sintezi hətta tirozinazanın normal aktivliyində belə beş vermir.
- Üçüncü tip göz-dəri albinizmi. eumelanin sintezini kontrol etdiyi güman olunan TRP-1 geninin mutasiyası nəticəsində inkişaf edir. Yalnız afrikalılarda rast gəlinir; dəri və saçların qəhvəyi rənginə, həmçinin oftalmoloji pozulmara səbəb olur.
- Resessiv və X xromosomu ilə əlaqəli göz albinizmi. Hüceyrədaxili informasiya ötürülməsinin bəzi elementlərinə cavabdeh olan GPR143 geninin mutasiyası ilə əlaqəlidir.
- Autosom-resessiv göz albinizmi - bu formanı konkret genetik pozulmalarla əlaqələndirmək hələ ki mümkün olmayıb. Ehtimal olunur ki, bu xəstəliyin klinik hallarının bir qismi 1B və 2-ci tip göz-dəri albinizmidir.
Müalicəsi 
Albinizmin spesifik müalicəsi bu gün mövcud deyil; xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verən profilaktik tədbirlər işlənib hazırlanıb. Görmənin mövcud səviyyəsini saxlamaq üçün gözləri günəş şüalarından qorumaq mütləqdir. Xüsusi gün eynəklərinin və ya kontakt linzaların istifadəsi ilə buna nail olunur. Günəş altında olmaqdan qaçmaq və ya dərini qorumaq üçün xüsusi kremlər və losionlardan istifadə etmək vacibdir. Əgər bu tövsiyələrə əməl olunarsa, albinizmin proqnozu ümumilikdə kafidir - xəstələr uzun və dolğun həyat yaşaya bilərlər. Bu zaman dəri xərçəngi və ya torlu qişanın qopması kimi ağırlaşmaların profilaktikası məqsədilə dermatoloq və oftalmoloqun müntəzəm konsultasiyası mütləqdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1601   Tarix: 16 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

aksessuarlar adlarin menasi reseptler ureyin isemik xestelikleri hamilə qala bilmək əlibala hacızadə hamilə qadın kosmetika qurd xəstəliklərinə qarşı mualicə uşaq şeirləri cinsi əlaqə sevda qiz evi ucun