Alimlər antibiotiklərə davamlı bakteriyaları məhv etməyin yolunu tapdılar

Alimlər antibiotiklərə davamlı bakteriyaları məhv etməyin yolunu tapdılarİsveçin Karolinska İnstitutunun alimləri antibiotiklərə qarşı müqavimət göstərən təhlükəli bakteriyaların öhdəsindən gəlmək üçün ümidverici bir üsul kəşf ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, endolizin adlı ferment antibiotiklərin təsirini yenidən gücləndirə bilir.
Milli.Az xəbər verir ki, "Nature" jurnalında dərc olunan tədqiqatda, siçanlara beyin qişalarının iltihabına (menenjitə) səbəb olan davamlı pnevmokok bakteriyaları yeridilib.
Daha sonra onlara penisilin antibiotiki ilə birlikdə endolizin fermenti verilib. Bu birləşmə, bakteriyaların hüceyrə divarını dağıdaraq antibiotikin təsirini bərpa edib. Təcrübədəki bütün siçanlar sağalıb və heç bir xəstəlik əlaməti müşahidə olunmayıb.
Tədqiqatın rəhbəri, Karolinska İnstitutunun tibbi mikrobiologiya üzrə dosenti Federiko İovino bildirib ki, endolizin çox qısa müddətdə cəmi bir neçə saat ərzində beyin toxumasına nüfuz edir:
"Fermentin bu qədər sürətli təsiri menenjit kimi ağır infeksiyaların müalicəsində yeni imkanlar yaradır", - deyə alim bildirib.
Lakin İovino onu da vurğulayıb ki, müalicə gecikmədən infeksiyadan maksimum iki gün sonra başlanmalıdır. Əks halda, nevroloji fəsadlar və ölüm riski əhəmiyyətli dərəcədə artır.
Alimlər, antibiotiklərə davamlı bakteriyaları "səssiz pandemiya" adlandırırlar. Bu bakteriyalar klassik müalicə üsullarına cavab vermir və pnevmoniya, menenjit kimi xəstəliklərin müalicəsini getdikcə çətinləşdirir. Federiko İovinonun fikrincə, əgər vəziyyət dəyişməzsə, 20-30 il ərzində bu bakteriyalar xərçəngdən daha çox insan ölümünə səbəb ola bilər.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1141   Tarix: 13 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

gelinlikler sac duzumleri sade makiyaj sekilleri üzü nəmləndirən maska qadınlar və kişilər faydalı məsləhətlər berguzar korel kosmetika novruz bayrami novruz hakıştası ginekoloq baldiza aid hakisda novruza aid hakışda