Alimlər bu ölkələrə xəbərdarlıq etdilər

Alimlər bu ölkələrə xəbərdarlıq etdilərABŞ-nin Konnektikut ştatındakı Yel İctimai Səhiyyə Məktəbindən olan amerikalı alimlər supertif kimi tanınan geniş dərman çeşidinə davamlılığına malik qarın yatalağının alovlanmasının ilk növbədə hansı ölkələrə təhlükə yaratdığını müəyyən ediblər.
Milli.Az report-a istinadən xəbər verir ki, tədqiqat "Nature Communications" (NatComms) elmi jurnalında dərc olunub.
Qarın yatalağına "Salmonella Typhi" (S. Typhi) bakteriyası səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verilənlərinə görə, 2019-cu ildə 9 milyon insan bu xəstəlikdən əziyyət çəkib. Xəstəlik 110 min insanın həyatına son qoyub.
"S. Typhi"nin geniş dərman çeşidinə davamlı ştamı 2016-cı ildə Pakistanda ortaya çıxıb və o vaxtdan ölkədə patogenin ən çox yayılmış variantına çevrilib. Yatalağın su və tərkibində "S.Typhi" olan nəcislə çirklənmiş qida vasitəsilə yayıldığına görə sanitar və təmiz su səviyyəsi yüksək olan ölkələrdə onun yayılması ehtimalı azdır.
Araşdırmaçılar səylərin hara yönəldiləcəyini daha yaxşı anlamaq üçün Pakistandan gələn aviasəyahətlərin sayını digər ölkələrdə illik qarın yatalağı xəstəliyinə dair üç dəst hesablama ilə müqayisə edərək, böyük alovlanma və ya supertifin davamlı ötürülməsi ehtimalı yüksək olanları müəyyən ediblər.
Təhlil zamanı müəyyən edilmiş ən həssas ölkələrin ilk onluğu Əfqanıstan, Banqladeş, Hindistan, Şri-Lanka, İndoneziya, Malayziya, Filippin, Tailand, Uqanda və Keniya olub. Elm adamları qeyd ediblər ki, Əfqanıstan Pakistandan gələnlərin çoxluğu, habelə səhiyyə və humanitar yardım sahəsində böhran səbəbindən xüsusilə həssas olaraq qalır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1761   Tarix: 12 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Arıqlamaq istəyənlərin nəzərinə

Arıqlamaq istəyən insanların çox ac qalaraq yeməyi gecikdirməsi düzgün yanaşma sayılmır. -a istinadla xəbər verir ki, uzun müddət ac qalmaq insanın daha çox yeməsinə səbəb ola bilər. Belə ki, diyetoloq Natalie Rizzo qey

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir.  xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

turlar.az

geyim seçimi həkim məsləhəti adlarin menasi qadin dunyasi 2026 toy ucun qisa donlar körpə yeməyi quymaq resepti kosmetika buga burcu novruz bayramina aid hakisdalar hakisdalar aysel burcler haqqinda