Alimlər düzgün yatma qaydasından danışdı
Gecə yuxusunun müddətinin düzgün şəkildə təyin edilməsi və sirkad ritmlərə (qeyd: gecə ilə gündüzün bir-birini əvəz etməsi ilə əlaqədar müxtəlif bioloji prosesslərin intensivliyində dövri dəyişkənliklər) ciddi şəkildə riayət etmə insanı daha gümrah və sağlam edir.
Oxu.Az "Science Alert"ə istinadən xəbər verir ki, ABŞ-ın Albert Eynşteyn adına Tibb kollecinin tədqiqatçıları belə bir nəticəyə gəlib.
Yatarkən düzgün pozanın seçilməsi də, az əhəmiyyətli faktorlardan deyil. Baş və boyun nahiyəsinin düzgün mövqedə olması üçün xüsusi yastıqların olması tələb olunur.
Çarpayıda beli üstə yatmağa üstünlük verən insanlara amerikalı ekspertlər yastığı ayaqların altına yerləşdirməyi tövsiyə edir.
Tədqiqatçıların fikrinə görə, yatan zaman ən zərərli mövqe, qarın üstə yatmaqdır. Belə ki, bu zaman insanın daxili orqanları, o cümlədən həzm sisteminin üzərinə böyük təzyiq düşür.
Bundan əvvəl Kaliforniya universitetinin alimləri gecə vaxtı otaqda olan daxili temperaturun artmasının yuxuya mənfi təsir göstərdiyini müəyyən etmişdi. Araşdırmaya əsasən temperaturda bir dərəcə artım belə, insanda yuxu çatışmazlığına yol açır. Bundan xüsusilə yaşı 65-dən çox olan insanlar əziyyət çəkir.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin