Alimlər fasiləli orucun təsirini artıran üsul tapdılar

Alimlər fasiləli orucun təsirini artıran üsul tapdılarAlimlər müəyyən ediblər ki, fasiləli orucu gün ərzində zülal qəbulu ilə birləşdirmək bağırsaq üçün faydalıdır və daha çox arıqlamağı təmin edir.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, yalnız günün müəyyən aralığında yemək yeməyi tələb edən fasiləli oruc son illərdə arıqlamaq istəyənlərin üstünlük verdiyi bir pəhriz növüdür.
Daha öncə bəzi araşdırmalar zülal qəbulunun gün ərzinə yayılmasının və fasiləli orucun kilo itkisinə kömək etdiyini göstərmişdi.
İndi isə bu iki üsulun birlikdə tətbiq olunduqda bağırsaq florasına necə təsir etdiyi araşdırılıb.
Məlum olub ki, bu cür qidalanmaq həzm sistemindəki müxtəlif mikroorqanizmlər üçün faydalıdır. Onlar isə ümumi sağlamlıq və immunitet sistemində mühüm rol oynayırlar.
Bu qidalanma tərzi, həmçinin maddələr mübadiləsini tənzimləyərək çəki itkisinə və yağların əriməsinə təsir göstərir.
"Nature Communications" elmi jurnalında dərc edilən araşdırma çərçivəsində kök və ya həddən artıq çəkidən əziyyət çəkən 41 nəfər 8 həftə ərzində iki fərqli pəhrizə riayət edib.
20 nəfər ürək sağlamlığı üçün faydalı olduğu bilinən və məhdud kalori qəbulu ilə tanınan bir pəhrizi izləyərkən, digər iştirakçılar zülal qəbulunu gün ərzinə yayaraq kalori məhdudiyyəti ilə fasiləli oruc tutublar.
Tədqiqatçılar müəyyən ediblər ki, ikinci qrupda iştirak edənlərin bağırsaq florasında faydalı bakteriyalar artıb, bağırsaq simptomları və bədənin yağ tərkibi azalıb. Tədqiqatın əvvəlində bu qrupdakılar bədən çəkisinin orta hesabla 8,81 faizini itirdiyi halda, digər pəhrizə əməl edənlərdə bu nisbət orta hesabla 5,4 faiz olub.
Tədqiqat vacib olsa da, iştirakçı sayının az olması kimi bəzi məhdudiyyətləri var. Bundan əlavə, tədqiqatı maliyyələşdirən qida əlavələri istehsalçısı "Isagenix"in məhsullarının da sınaqda istifadəsi başqa bir qalmaqallı məsələdir.
Bu nəticələrin ictimaiyyət üçün əlçatan olan qidalarla əldə edilib-edilməyəcəyi bilinmir.
Tədqiqat qrupu buna görə də vurğulayır ki, fasiləli oruc tutarkən gün ərzində zülal qəbulunun yayılmasının sağlamlığa təsiri ilə bağlı daha çox araşdırmaya ehtiyac var.
Yenə də bu tapıntılar piylənmə və əlaqəli metabolik problemlərə yeni həll yolları açmaq potensialına malikdir.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1371   Tarix: 01 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

geyim dəbləri qaşların formalari geyim seçimi qadin psixologiyasi qadınlar süni doğuş biskvitli tort resepti kosmetika məsəllər bakire azerb clpaq qadinlari layla həmidə