Alimlər koronavirus xəstələrinin antikorlarından "kokteyl" yaratdılar
Nyu-Yorkda yerləşən Kolumbiya Universitetinin alimləri COVID-19 xəstələrini daha effektiv müalicə etməyə kömək edə bilən "kokteyl" hazırlayıb. "Kokteyl" koronavirus xəstələrinin antitellərindən ərsəyə gətirilib.
Milli.Az xəbər verir ki, elm adamları 40 ağır koronavirus xəstəsindən və bu infeksiyaya qarşı immuniteti olan 5 nəfərdən antikor toplayıb. Tədqiqat iştirakçılarından biri David Ho virusu zərərsizləşdirə biləcək 9 fərqli antikor seçdiyini söyləyib. Siçanlar üzərində aparılan təcrübədə "kokteyl"in qoruyucu xüsusiyyətləri təsdiqlənib. Mütəxəssislər digər heyvanlar üzərində təcrübələr planlaşdırır, daha sonra insanlar üzərində sınaqlar keçiriləcək.
David Ho "kokteyl" əsasında COVID-19 xəstəliyinin müalicəsində, həmçinin koronavirus infeksiyasının qarşısının alınmasında təsirli dərman hazırlamağın mümkün olacağını qeyd edib. (publika.az)
Milli.Az /news.milli.az









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin