Alimlər solaxaylığın səbəblərini açıqlayıblar
Maks Plank Psixolinqvistika İnstitutunun alimləri insanın solaxay olmasına səbəb olan yeni faktlar aşkarlayıblar. Alimlərin apardıqları araşdırmaların nəticələri Nature jurnalında dərc olunub.
500 min insan üzərində aparılmış araşdırmalar onu deməyə əsas verib ki, solaxaylıq hələ ana bətnində başlayır. Halbuki bu günə qədər uşaqların 2-3 yaşında solaxay olduğu düşünülürdü.
Ultrasəs görüntülərində körpənin ana bətnində solaxay hərəkət etdiyi məlum olub. Tədqiqatlarda iştirak etmiş 501730 nəfərdən 10,4 faizinin hələ ana bətnindəykən solaxay olduğu araşdırmalarla sübut olunub.
Həmçinin, insanın anadan olduğu il, doğum yeri, bədən kütləsi, zəif olması, ana südü ilə qidalanmaması da solaxaylığa səbəb ola bilirmiş. Yayda doğulan insanlar arasında solaxayların sayı daha çox olur.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi