Alimlər uşaqlarda boy artımının ləngiməsinin gizli səbəbini aşkar ediblər

Alimlər uşaqlarda boy artımının ləngiməsinin gizli səbəbini aşkar ediblərUşaqlarda boy artımının ləngiməsi təkcə qeyri-kafi qidalanma ilə bağlı olmaya bilər. ABŞ-li alimlərin yeni araşdırması göstərib ki, bağırsaq mikrobiomundakı bəzi bakteriyalar hələ ana bətnində olarkən körpənin inkişafına mənfi təsir göstərə və sonradan boy artımının ləngiməsinə səbəb ola bilər.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Vaşinqton Universitetinin Tibb Məktəbinin alimləri tərəfindən aparılan və nəticələri Nature Microbiology jurnalında dərc olunan tədqiqat müəyyən edib ki, nazik bağırsaqda yaşayan bəzi mikroorqanizmlər iltihab yaradır, bağırsağın selikli qişasını zədələyir və qida maddələrinin mənimsənilməsini pozur. Tədqiqat əsasən ekoloji enterik disfunksiya (Environmental Enteric Dysfunction - EED) adlanan xroniki xəstəliyə həsr olunub. Bu xəstəlik daha çox qidalanma çatışmazlığı yaşayan uşaqlarda müşahidə olunur və orqanizmin qidadan kifayət qədər vitamin, mineral və digər vacib maddələri qəbul etməsinə mane olur. Nəticədə uşaqlarda boy artımının ləngiməsi, immun sisteminin zəifləməsi və zehni inkişaf problemləri yarana bilər.
Bakteriyalar anadan uşağa ötürülə bilər
Alimlər Banqladeşdə qidalandırıcı qarışıqlarla aparılan standart müalicəyə baxmayaraq sağalmayan uşaqlardan götürülmüş bağırsaq nümunələrini analiz ediblər. Araşdırma zamanı iltihab və inkişaf geriliyi ilə əlaqəli 14 bakteriya növü müəyyən olunub. Daha sonra bu bakteriyalar laboratoriya siçanlarına köçürülüb. Onlara Banqladeşin Dəkkə şəhərinin Mirpur rayonunda yaşayan insanların qidalanmasına bənzər rasion verilib. Nəticədə həmin siçanlarda uşaqlarda müşahidə olunan problemlərə bənzər əlamətlər yaranıb. Onlarda boy artımının ləngiməsi, qan analizlərində iltihab göstəricilərinin yüksəlməsi və bağırsağın selikli qişasının zədələnməsi qeydə alınıb.
Təsir hələ ana bətnində başlayır
Araşdırmanın ən mühüm nəticələrindən biri zərərli bakteriyaların təsirinin yalnız doğuşdan sonra başlamamasıdır. Alimlər müəyyən ediblər ki, hamilə siçanların bağırsaq mikrobiomunun tərkibi dölün inkişafına hələ ana bətnində olarkən təsir göstərə bilir. Tədqiqatın rəhbəri doktor Ceffri Qordon bildirib ki, bu xəstəliyin təsiri yalnız ananın bağırsağı ilə məhdudlaşmır və inkişaf etməkdə olan dölə də təsir edə bilir.
Diqqət mərkəzində olan bakteriya
Araşdırmada xüsusi diqqət çəkən mikroorqanizmlərdən biri Campylobacter concisus bakteriyası olub. Bu bakteriya normal halda insanın ağız boşluğunda rast gəlinir və adətən təhlükəli hesab edilmir. Lakin nazik bağırsağa düşdükdə onun xüsusiyyətləri dəyişə və iltihaba səbəb ola bilər. Bununla belə, alimlər qeyd edirlər ki, bu bakteriya təkbaşına həmişə xəstəlik yaratmır. Onun təsiri bağırsaqdakı digər bakteriyalarla qarşılıqlı əlaqədən və ümumi mikrobiomun vəziyyətindən asılıdır.
Yeni müalicə üsullarına ümid yaranıb
Tədqiqat zamanı zərərli bakteriyaların bir canlıdan digərinə keçə bildiyi də müəyyən olunub. İltihab yaradan mikrobioma malik siçanlarla sağlam mikrobioma sahib siçanlar birlikdə saxlanıldıqda bakteriyalar digər heyvanlara da ötürülüb və oxşar sağlamlıq problemləri yaradıb. Alimlər hesab edirlər ki, bu nəticələr gələcəkdə uşaqlarda qidalanma çatışmazlığı və boy artımının ləngiməsinin qarşısını almaq üçün yeni yanaşmaların hazırlanmasına kömək edə bilər. Onların fikrincə, gələcəkdə hamiləlikdən əvvəl və ya hamiləlik dövründə anaların bağırsaq mikrobiomunun təhlükəsiz şəkildə tənzimlənməsi iltihabı azaltmağa və uşaqların daha sağlam inkişafına şərait yarada bilər./Lent.az 
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 1105   Tarix: 24 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

turlar.az

yemek reseptleri hamilelikde qidalanma qis geyimləri 2026 ərzaqlar qlazok sağlamlıq haqqında hamiləlik hesablama kosmetika şəhid uşaq nece olur namiq qaraçuxurlu faydalı məsləhətlər bakire