Alimlər Yer kürəsində ilk canlı hüceyrələrin yaranmasının sirrini açıblar

Alimlər Yer kürəsində ilk canlı hüceyrələrin yaranmasının sirrini açıblarHyuston və Çikaqo universitetlərinin (ABŞ) alimləri belə qənaətə gəliblər ki, Yer kürəsində ilk canlı hüceyrələr yağışlar sayəsində əmələ gəlib. Bu proses təxminən 3.8 milyard il əvvəl baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq araşdırma "Science Advances" elmi jurnalında dərc olunub.
Araşdırma komandası zülallar, lipidlər və RNT kimi mürəkkəb molekullardan təbii olaraq yaranan koaservat damcılarını tədqiq edib. Bu damcılar suda yağ hissəcikləri kimi hərəkət edirlər.
Koaservat damcıları tez bir zamanda öz aralarında molekul mübadiləsi apara bilir, lakin bu zaman onların tərkibi eyniləşir. Belə şəraitdə daha mürəkkəb orqanizmlərin inkişafı üçün zəruri olan təkamül prosesləri baş verə bilməz.
Tədqiqatçılar hesab edirlər ki, hələ yeni yaranmış Yerdə yağışlar zamanı şirin su koaservat damcılarının ətrafında müvəqqəti qoruyucu qabıq əmələ gətirib və bu da onların RNT-ni bir-birinə köçürməsinə mane olub. Bu fərziyyə laboratoriya təcrübələri zamanı təsdiqlənib.
Beləliklə, RNT kapsullarında mutasiyaların və digər təkamül proseslərinin baş verməsi üçün kifayət qədər vaxt olub.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1065   Tarix: 31 avqust 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

makiyaj instagram kosmetoloq geyim dəbləri keks reseptləri gündəlik bürclər roya ayxan orqazm kosmetika insan həmidə qaynanaya aid fitat sac modelleri