Alimlərdən ilginc açıqlama: Depressiya yoluxucudur

Alimlərdən ilginc açıqlama: Depressiya yoluxucudurGetdikcə daha çox insan əhval-ruhiyyəsinin pisləşməsindən, çarəsizlikdən və depressiyanın digər simptomlarından şikayətlənir.
Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada yerləşən Milli Statistika İdarəsinin son sorğu rəqəmləri göstərir ki, hər altı nəfərdən biri orta və ya ağır depressiv simptomlar yaşayır. Bu, əvvəlki üç illə müqayisədə 60 faiz çoxdur.
Bu dəhşətli artıma COVİD-19 pandemiyası zamanı baş verən qapanma və bundan irəli gələn həyat tərzi dəyişikliklərinin səbəb olduğu düşünülür. Alimlər bütün bunların zehni təzyiqi və stressi pik həddə çatdırdığını bildirirlər.
Depressiyadan əziyyət çəkənlərin sürətlə artmasının başqa bir səbəbi ola bilərmi?
Depressiyanın soyuqdəymə və ya qrip kimi yoluxucu bir xəstəlik olduğu ilə bağlı iddialar var.
Finlandiya psixoloqları bu fikri "JAMA Psychiatry" jurnalındakı məqalələrində irəli sürüblər.
Helsinki Universitetinin psixologiya üzrə dosenti Kristian Hakulinenin rəhbərlik etdiyi komanda yeni araşdırma aparıb. Araşdırma çərçivəsində 16 yaşından başlayaraq 11 il ərzində 700 mindən çox uşağın sağlamlıq qeydləri izlənilib.
Təhlillər müəyyən edib ki, əgər sinifdəki şagirdlərdən birində əhəmiyyətli depressiya əlamətləri varsa, onun sinif yoldaşlarının eyni xəstəlikdən əziyyət çəkmə ehtimalı ən azı 9 faiz artır.
11 illik araşdırma dövründə birdən çox sinif yoldaşı depressiyadan əziyyət çəkən şagirdlərə oxşar diaqnoz qoyulma riskinin ən azı 18 faiz yüksək olduğu müəyyənləşib.
Araşdırmaçılar yekun nəticəyə gələrkən gəlir səviyyəsi kimi əhval-ruhiyəyə birbaşa təsir edə biləcək faktorları nəzərə alıblar.
Qeyd edək ki, əvvəlki araşdırmalar da depressiyanın yoluxucu ola biləcəyini irəli sürmüşdü.
Milli.Az

Xəbərlər     Baxılıb: 1159   Tarix: 04 iyul 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

qaşların formalari yay kolleksiyasi toy gecesi arıqlamaq maraqli sekiller cantalar 2026 kökəlmə sirləri kosmetika baldiz gozde olar qardasa aid haxistalar heyati qiz evi