Alimlərdən xəbərdarlıq — Bu alt paltarları kişilərdə sonsuzluğa səbəb olur

Alimlərdən xəbərdarlıq — Bu alt paltarları kişilərdə sonsuzluğa səbəb olurHarvard universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.
Ölkə.Az xəbər verir ki, həkimlərin araşdırmasına əsasən, dar alt paltarları kişilər üçün ziyandır. Məlum olub ki, dar alt paltarı kişilərin cinsiyyət orqanına mənfi təsir göstərir və spermanın keyfiyyətini azaldır.
Lidiya Mingez-Aparkon məsələ ilə bağlı deyib:
"Müşahidələrimiz göstərir ki, bir çox cütlük övlad dünyaya gətirmək problemindən qurtulmaq üçün sadə bir üsuldan istifadə edə bilər: Kişi dar tumanı daha rahat ve genişi ilə əvəz etməlidir".
Müşahidələr göstərir ki, Qərb ölkələrində cütlüklərin 10-15%-i cütlüklərdən birinin sonsuz olması səbəbindən övlad sahibi ola bilmir. Sonsuzluğun bioloji səbəbləri hüceyrə və spermatazoid istehsalını idarə edən genetik mexanizmlərin az tədqiq edildiyi üçün bir çox hallarda naməlum qalır.
Son illər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sonsuzluq geniş yayılıb. Alimlər bunu bir sıra sosial və təbii faktorlarla, eyni zamanda ekologiyanın çirklənməsi ilə əlaqələndirirlər.
Mingez-Alarkon və həmkarları 600-dən çox ailəli kişi üzərində tədqiqat apararaq dəbin də sonsuzluğa səbəb olduğunu aşkar ediblər. Alimlər 20 il ərzində uşaq sahibi olmaq istəyən kişiləri müşahidə ediblər.
Onların hamısı Boston klinikasına müraciət edərək təcrübədə iştirak etmək istədiklərini bildiriblər. Təcrübə çərçivəsində alimlər spermanın keyfiyyətini yoxlayıblar, mayalanmaya əngəl olan mutasiyanı araşdırıblar və digər faktorları incələyiblər.
Məlum olub ki, adi alt paltarı geyinən kişilərin sperması dar tuman geyinənlərə nisbətən daha keyfiyyətlidir. Bu əlaqəni anlamağa çalışan alimlər kişilərin cinsiyyət orqanı üzərində də araşdırma aparıblar. Məlum olub ki, dar alt paltarı geyinənlərdə "FSH" qadın hormonu daha çox ifraz olunur.
Bu səbəbdən tədqiqatın nəticəsinə əsasən, alimlər kişilərə geniş və enli alt paltarı geyinməyi məsləhət görürlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1651   Tarix: 20 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

toy makiyaji sekilleri hamilelikde qidalanma geyim necə seçməli xeyanet adət ənənələr badımcan yeməyi yemişan faydaları kosmetika mikayıl abdullayev gulmeli hakista vusale elizade tərəzi bürcü sirniyatlar