Alkoqolun qaraciyərə zərəri açıqlandı

Alkoqolun qaraciyərə zərəri açıqlandıKaliforniya Universiteti, San Dieqo Tibb Məktəbinin alimləri alkoqolla əlaqəli qaraciyər xəstəliyinin (ALD) yaranma mexanizmini açıqlayıblar. Yeni araşdırmaya görə, xroniki alkoqol istifadəsi bağırsaqda bakteriyaların nəzarətdə qalmasına kömək edən əsas hüceyrə siqnal zülalının, muskarinik asetilkolin reseptor M4-ün (mAChR4) istehsalını azaldır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu zülalın azalması nəticəsində bağırsaqda qoruyucu strukturlar - goblet hüceyrəsi ilə əlaqəli antigen keçidləri (GAP-lar) əmələ gələ bilmir. Nəticədə bağırsaqdakı zərərli bakteriyalar daha asanlıqla qaraciyərə keçərək, spirtin səbəb olduğu zədələnməni gücləndirir. Tədqiqatçılar göstəriblər ki, mAChR4-ün funksiyasını bərpa etmək, ya kimyəvi aktivləşdirməklə, ya da əlaqəli siqnal yollarını hədəfləməklə GAP-ların əmələ gəlməsinə imkan yaradır və qaraciyərin alkoqola qarşı müqavimətini artırır. Maraqlıdır ki, mAChR4 yalnız bağırsaqda deyil, həm də öyrənmə, vərdiş formalaşdırma və asılılıqla bağlı beyin mexanizmlərində mühüm rol oynayır. Alimlər bildirirlər ki, hazırda şizofreniya üçün klinik sınaqlarda olan mAChR4-ü hədəfləyən dərmanlar gələcəkdə həm ALD, həm də alkoqol istifadəsi pozğunluğunun (AUD) müalicəsi üçün uyğunlaşdırıla bilər.
Professor Kristina Lorente, professor Maykl Karin və MD Bernd Şnabl tərəfindən aparılmış araşdırma "Nature" jurnalında dərc olunub.
Milli.Az 

Xəbərlər     Baxılıb: 964   Tarix: 02 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Xiyarın möcüzəvi faydaları

Yay mövsümünün ən çox istehlak olunan tərəvəzlərindən biri olan xiyar təkcə sərinləşdirici təsiri ilə deyil, həm də sağlamlığa verdiyi saysız-hesabsız faydalarla diqqət çəkir. Tərkibinin təxminən 95-97 faizi sudan ibarə

.

Soğanın faydaları: Hər gün istifadə etməyiniz üçün 7 vacib səbəb

Mətbəxlərin əvəzolunmaz məhsullarından biri olan soğan təkcə yeməklərə dad vermir, həm də sağlamlıq üçün çoxsaylı faydaları ilə seçilir. xəbər verir ki, tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində soğa

.

Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı

İnsan orqanizmindəki orqanlar eyni sürətlə yaşlanmır. -a istinadən xəbər verir ki, bu barədə həkim-onkoloq İlya Kolışev məlumat verib. Mütəxəssisin sözlərinə görə, məhz buna görə də orqanizmin bioloji yaşı ayrı-ayrı orqa

.

Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?

Pesketaryen qidalanma qırmızı ət və quş ətinin istifadə olunmadığı, balıq və bitki mənşəli qidaların əsas götürüldüyü bir qidalanma modelidir. Zülal ehtiyacı böyük ölçüdə dəniz məhsulları və bitki mənşəli qaynaqlardan qarşılanır

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?

Yayda kondisioneri 24-25C-də işlətmək həm rahatlıq, həm də sağlamlıq baxımından daha uyğundur. Bu temperatur otağı sərin saxlayır, eyni zamanda bədənin kəskin soyumasının qarşısını alır. xəbər verir ki, mütəxəssislər otağ

.

Arıqlamağa mane olan 3 böyük səhv

Dieta zamanı buraxılan bəzi səhvlər insanın arıqlamasına mane olur. -a istinadən bildirir ki, bu barədə rusiyalı nutrisioloq Anna Drobışeva bildirib. Onun sözlərinə görə ən böyük səhvlərdən biri kifayət qədər su içilməməsidir

.

Gözümüzü məhv edə biləcək eynəklər var

Həkim-oftalmoloq Darya Orlova ultrabənövşəyi (UV) filtri olmayan gün eynəklərinin göz sağlamlığı üçün ümumiyyətlə eynək taxmamaqdan daha təhlükəli olduğunu açıqlayıb. -a istinadən xəbər verir ki, bu barədə nəşri məqalə dər

.

Buzlu içkiləri sevənlərə xəbərdarlıq

Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər bağırsaq infeksiyalarının mənbəyinə çevrilə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Asiyat Abdullayeva "RT"y

turlar.az

sade makiyaj sekilleri geyim necə seçməli yemek reseptleri kişi xəyanət edərsə badimcan murebbesi yuxu pozğunluğu həzm orqanları kosmetika azerbaycan azərbaycan hüzeyir hacibəyov heyati novruza aid hakista