"Allah buyurub ki, şəhidlər elə öldüyü paltarda, qanlı, yaralı halda dəfn olunmalıdır" - İlahiyyatçı

"Allah buyurub ki, şəhidlər elə öldüyü paltarda, qanlı, yaralı halda dəfn olunmalıdır" - İlahiyyatçıÖlüm yatağında olan kişi və ya qadın, qoca və ya cavan olmasında asılı olmayaraq can verən zaman üzü qibləyə tərəf uzadılmalıdır. Can verən adamın yanında tək qadın qalmalıdır. Onun yanında həddindən artıq bərkdən ağlamaq və ya ucadan danışmaq olmaz. Öləni otaqda tək qoymaq olmaz. İnsan vəfat edəndən sonra onun gözlərini, ağzını yumur, çənəsini bağlayır, əllərini və ayaqlarını düz uzadırlar ki, meyit eybəcər vəziyyətə düşməsin. Sonra onun üzünü ağ parça ilə örtürlər. Əgər ölüm gecə baş veribsə, onun yanına şam yandırıb qoyurlar. Adət-ənənəyə görə, insan öləndən sonra meyit dərhal yuyulmalı və pak olmalıdır. Amma şəhid dəfn edilən zaman yuyulmamağı ilə bağlı hədislər mövcuddur.

"Allah buyurub ki, şəhidlər elə öldüyü paltarda, qanlı, yaralı halda dəfn olunmalıdır" - İlahiyyatçıBununla bağlı açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, şəhidlər dəfn edilən zaman yuyulmur: "Bunun da səbəbi odur ki, müharibə şəraitində olan çox zaman su tapılmır. Ona görə də şəhid olan şəxs paltarı ilə birlikdə dəfn edilir. Bu məsəldən hansısa bir möcüzə axtarmağa ehtiyac yoxdur. Ümumiyyətlə, "Qurani Kərim"də insanın necə dəfn edilməsi ilə bağlı heç bir şey yoxdur".

"Allah buyurub ki, şəhidlər elə öldüyü paltarda, qanlı, yaralı halda dəfn olunmalıdır" - İlahiyyatçıİlahiyyatçı alim Əkrəm Həsənov da şəhidin yuyulmadan dəfn edilməsini qeyd edib: "Qurani Kərimdə şəhidlər Allah yanında diri adlandırılıb. Şəhidlərin Allah yanında hörməti haqqında çoxlu hədislər mövcuddur. Məhəmməd peyğəmbərin şəhidlərin Cənnət bağında uçması, Cənnətdə olan quşlarla bərabər orada olan nemətlərdən qidalanması barədə hədisləri var. Həmçinin Allah Rəsulu şəhidlərin elə öldüyü kimi olduğu paltarda, qanlı, yaralı halda dəfn olunmasını buyurub. Çünki bu, şəhidlərin qiyamət günü həmin qan damlalarının, yaralı bədəninin onun şəfaətinə nail olacağı bildirilir. Bir hədisdə deyilir: "Şəhidləri yumayın. Çünki hər yara və hər qan damlası qiyamət günü ətrafa müşk qoxusu saçar". Hz. Peyğəmbərin əmri ilə Uhud şəhidləri də yuyulmamış, qanlı patlarları ilə dəfn olunmuş və onlara cənazə namazı da qılınmamışdır. Bunun səbəbi şəhidlərin üstün məqamda olması, Allah yanında diri adlandırılması, həmçinin onun qanlı, yaralı olması onun şəhid olmasını sübut etmək üçündür".

BiG.AZ

Xəbərlər     Baxılıb: 5593   Tarix: 07 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

yay geyimləri 2026 sac duzumleri toy makiyaji sekilleri otaq dizaynları gözəllik sirləri qisa saclarin yigilmasi findiq yaginin faydalari kosmetika novruz haqistalari şəhid bürcler kondom nedir zehmet ve zinet