Allergik riniti olan xəstələrin xüsusilə yaz mövsümündə maska taxmağı məsləhətdir

Allergik riniti olan xəstələrin xüsusilə yaz mövsümündə maska taxmağı məsləhətdirYazda ən çox rast gəlinən problemlər içərisində allergik xəstəliklər ön sırada dayanır. Statistika göstərir ki, dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Allergik xəstələrin yaranma səbəbi havada uçuşan polen adlı çiçək tozlarıdır. Mövsümi allergiya nəticəsində bədəndə səpgi, gözlərdə qızarma, sulanma, burun axması, çoxsaylı asqırma, qaşınma, öskürək, boğulma və daha təhlükəli olan boğazda şişkinlik və nəfəs darlığı yaranır.
Milli.Az bildirir ki, həkim-allerqoloq Pərvanə Hüseynova bu barədə AZƏRTAC-a deyib: "Məişət, ağac, bitki tozcuqları, havada uçan kimyəvi tərkibli aerozollar və kimyəvi maddələr, eləcə də qida və dərman mənşəli allergenlər orqanizmə daxil olaraq bədənin istənilən yerində allergik reaksiya yarada bilər. Xəstədə allergik rinit varsa, burunda qıcıqlanma, asqırma olduqda evdən bayıra çıxarkən maska taxmalıdırlar. Bununla yanaşı günəşli və küləkli havada mümkün qədər hava ilə təmasdan uzaq olmaq lazımdır".
Mütəxəssislər hesab edirlər ki, allergiya irsi xəstəlikdir və daha çox genetik yolla ötürülür. Lakin bu heç də o demək deyil ki, tam olaraq həmin xəstələrin övladları mütləq eyni problemdən əziyyət çəkməlidirlər. Bəzən yaxın qohumlarda mövcud olan xəstəlik növbəti nəsildə kimlərdəsə özünü büruzə verir. Bu zaman xəstəliyin özü yox, xəstəliyə meyillik ötürülür.
"Allergiyanın ən ağır forması Kvinke ödemi, yəni dərialtı nahiyədə histominlərin yığılması sayılır. Bu zaman dodaqlar, göz qapaqları və qulaqlar şişir. Ən pis variant odur ki, bronxların selikli qişasında da şişkinlik əmələ gəlir və vaxtında tibbi yardım göstərilmədikdə xəstənin həyatını itirməsinə səbəb ola bilər",- deyə həkim-allerqoloq bildirib.
Allerqoloq onu da əlavə edib ki, allergiyalı xəstələr sitrus meyvələri, giləmeyvə, süd, şokolad, dəniz məhsulları və çərəzlərlə qidalanmaqdan çəkinməlidirlər. Tərəvəzlərdən isə bu sahədə pomidor daha təhlükəli sayılır, çünki daha çox allergiyaya səbəb ola bilir.
Xəstəlik tam müalicə olunmasa da, onu vaxtında müalicə edib allergen təsir göstərən vasitələrdən uzaqlaşmaq olar. Bunun üçün allergen-test adlanan analiz növündən istifadə etmək kifayətdir. Həmin üsulla allergiya yaradan qida və dərmanları müəyyən etmək olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1624   Tarix: 07 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

kosmetika mehsullari həkim məsləhəti toy makiyajlari seksual pozalar toyuq yeməkləri şorba reseptləri pizzalar kosmetika gozellik novruza aid hakisdalar novruz hakistalari intim munasibetler bayatılarımızda vətən həsrəti