Allergiya yaradan mövsüm meyvələri açıqlandı

Allergiya yaradan mövsüm meyvələri açıqlandıYaz və yay aylarında bəzi mövsümi meyvələr bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Bu reaksiyalar bəzən qida zəhərlənməsi ilə qarışdırılır. Bəs meyvə allergiyasının əsas səbəbi nədir, hansı əlamətlərlə özünü göstərir və onu zəhərlənmədən necə fərqləndirmək olar?
Meyvə allergiyasının əsas səbəbi tərkibindəki zülallardır
Milli.Az xəbər verir ki, pulmonoloq-allerqoloq həkim Aynur Məmmədova Trend-ə açıqlamasında bildirib ki, mövsümi meyvələrin allergiya yaratmasının əsas səbəbi onların tərkibində olan zülallardır. Həkimin sözlərinə görə, allergiya orqanizmin müəyyən maddəyə qarşı həddindən artıq immun reaksiyasıdır.
"Bəzi insanların orqanizmi meyvənin tərkibindəki zülalları normal qəbul edir. Allergiyaya meyilli şəxslərdə isə immun sistem həmin zülalları yad maddə kimi qəbul edir və buna qarşı güclü müdafiə reaksiyası yaradır".
Həkim meyvə allergiyası ilə qida zəhərlənməsinin fərqlərini də izah edib:
"Meyvə allergiyasını qida zəhərlənməsindən fərqləndirən bir sıra xüsusiyyətlər var. Əsas fərqlərdən biri zaman amilidir. Qida allergiyası zamanı meyvə qəbulundan qısa müddət sonra qaşınma, səpkilər, dildə şişkinlik, nəfəs darlığı kimi əlamətlər meydana çıxa bilər. Zəhərlənmə zamanı isə simptomlar adətən daha gec başlayır və əsasən həzm sistemi pozğunluqları - ürəkbulanma, qusma, ishal kimi hallar müşahidə olunur".
Ən çox allergiya yaradan meyvələr
Onun sözlərinə görə, ən çox allergiya yaradan meyvə isə çiyələkdir. Buna səbəb çiyələyin qəbulu zamanı bəzi insanlarda histamin ifrazı artdığı üçün allergik reaksiya yarana bilər.
Daha çox allergiya yaradan meyvələr arasında qarpız, yemiş və ananası da qeyd etmək olar. Bəzi uşaqlarda kivi, banan və ya şaftalıya qarşı allergiya müşahidə edilə bilər. Şaftalı allergiyası olan insanlarda bitkinin tozcuqları da müəyyən reaksiyaları gücləndirə bilər. Bəzi hallarda isə insan şaftalının adını eşidəndə belə narahatlıq hiss edə bilər. Bu, artıq allergik reaksiya deyil, psixoloji və nevroloji amillərlə bağlı yaranan vəziyyətdir. Əgər şəxs əvvəllər həmin qidadan sonra allergik hal yaşayıbsa, onu gördükdə və ya düşündükdə də allergiyaya bənzər hisslər yarana bilər.
"Bəzi meyvələrin bişirilməsi allergiya riskini azalda bilər. Çünki istilik təsiri nəticəsində zülalların quruluşu dəyişir (denaturasiya olunur). Məsələn, şaftalı bişirildikdə tərkibindəki bəzi allergen zülalların təsiri zəifləyə bilər. Meyvələrin yaxşı yuyulması da onların üzərindəki allergen təsir göstərə bilən tüklərin və digər maddələrin azalmasına kömək edir".
Bəzi alllergiyalar həyati təhlükə yarada bilir
Həkim bildirib ki, meyvə qəbulundan sonra allergik reaksiya yaşayan şəxslər həmin meyvədən uzaq durmalıdır.
"Dərman qəbul etmək həmin qidanı təhlükəsiz şəkildə yeməyə imkan vermir. Allergiyanın müalicəsində əsas prinsiplərdən biri allergendən qorunmaqdır.
Ağır allergik reaksiyalar - anafilaktik hallar isə artıq təcili tibbi müdaxilə tələb edir. Xüsusilə yaz aylarında həşərat sancmaları, arı allergiyası, bəzi qida allergiyaları anafilaktik şoka səbəb ola bilər. Nəfəs darlığı, təzyiqin kəskin enməsi, başgicəllənmə, ürəkdöyünmənin artması kimi əlamətlər olduqda təcili tibbi yardıma müraciət edilməlidir".
Aynur Məmmədova bildirib ki, bəzi allergiyalar zamanla keçə bilər.
"Məsələn, uşaqlıq dövründə yumurtaya qarşı allergiya sonradan aradan qalxa bilər. Lakin dəniz məhsullarına qarşı allergiya çox vaxt ömürboyu davam edə bilər. Bəzi allergiyalar çarpaz reaksiyalarla da əlaqəli olur. Məsələn, ağcaqayın tozcuqlarına allergiyası olan şəxslərdə alma kimi bəzi meyvələrə qarşı da reaksiya yarana bilər.
Meyvə allergiyasını müəyyən etmək üçün allergiya testlərindən istifadə etmək mümkündür. Lakin bütün allergenləri tam müəyyənləşdirmək hər zaman mümkün olmur və bu, laborator imkanlardan da asılıdır".
Bəs kimlər allergiyaya daha meyillidir?
Həkim qeyd edib ki, uşaqlıqda atopik xüsusiyyətləri olan, məsələn, ekzema keçirmiş uşaqlar allergik reaksiyalara daha meyilli ola bilərlər.
"Qorunmaq üçün əsas addım allergendən uzaq durmaqdır. Meyvələri yaxşı yumaq vacibdir. Çünki bəzi hallarda istixanada yetişdirilən məhsullarda istifadə olunan kimyəvi maddələr, xüsusilə pestisid qalıqları da allergik reaksiyalara səbəb ola bilər", - o, qeyd edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1099   Tarix: 12 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

turlar.az

yemek reseptleri hamiləlik donlar 2026 qargidali yaginin faydalari asiq zulfiyenin oglunun toyu dəridə ləklər valideyn haqqinda kosmetika novruza aid hakışta seksler tərəzi oğlaq