Almaniyada koronavirus niyə zəif yayılır? - 3 səbəb açıqlandı
83 milyonluq Almaniyada koronavirusdan kiçik Belçika və Hollandiyada bu virusdan ölən qədər insan həyatını itirib. İtaliyaya, İspaniya və Fransa da bu gün artıq onların ölkələrini milli fəlakətə gətirib çıxarmış xəstəliyin Almaniyada belə az ölüm halı ilə nəticələnməsinin səbəblərini araşdırırlar.
Milli.Az azərtac-a istinadən xəbər verir ki, ekspertlər bu məsələni araşdırıb və maraqlı nəticəyə gəliblər.
Yeni alman möcüzəsinin əsasını Almaniyada koronavirusa yoluxanların orta yaş həddinin aşağı olması və ölkədə səhiyyənin yüksək səviyyəsi ilə yanaşı, həkimlərin və hökumətin bütün tövsiyələrinə əməl etməklə müşahidə olunan əsl alman intizamı təşkil edir.
Bu, alman səhiyyə sisteminin qonşu ölkələrlə müqayisədə pandemiyaya qarşı, həqiqətən də daha yaxşı hazırlaşdığını sübut edir. Ağciyərlərin süni ventilyasiya aparatları vaxtında sifariş olundu. Avropanın Aralıq dənizi ölkələrindəki kimi vaxt itkisinə yol verilmədi. İntizamlı almanlar öz liderlərini dinlədilər, liderlər isə öz növbəsində həkimlərin məsləhətinə əməl etdilər.
Göründüyü kimi, əhali təhlükəyə ciddi yanaşdıqda və cəmiyyətdə yüksək nizam-intizam olduqda insan itkilərinin sayını minimuma endirmək mümkündür.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir