Alsu adına görə məhkəməlik oldu
Tatar əsilli Rusiyanın əməkdar artisti Alsuya qarşı məhkəmə iddiası qaldırılıb.
azxeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqun "Aktiv Test Group" şirkəti bu yaxınlarda ultrasəs ölçmə cihazı olan "Alsu" brendinin qeydiyyata alınması üçün mürəciət edib.
Məlum olub ki, müğənni Alsu, öz adı ilə bağlı iki ticarət nişanını qeydiyyatdan keçirib.
Bu səbəbdən şirkət və müğənni arasında qalmaqal baş verib.
Şirkət öz cihazlarını "Alsu" brendi olaraq qeydiyyatdan keçirtmək məqsədilə müğənninin sahib olduğu əmtəə nişanının istifadəsini dayandırmaq üçün hüquqi vasitələrdən istifadə edəcəyini bildirib.
Xatırladaq ki, Alsu və iş adamı Yan Abramov 18 illik evlilikdən sonra avqustun 27-də boşanıblar. Ayrılıqdan sonra müğənni ərinin soyadını saxlamağa qərar verib və bunu övladları ilə eyni soyadda qalmaq istəməsi ilə əlaqələndirib.
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin